Kütləvi yayılan xəstəliklə bağlı xəbərdarlıq! - Körpələr üçün daha təhlükəlidir
ABŞ və Avropada göy öskürək hallarının sayı artıb. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, göy öskürək hallarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, beş dəfə artaraq ölkə daxilində 18,500-ü keçib. Bu, 2014-cü ildən bəri ən böyük göstərici kimi qeyd alınıb.
Sonxeber.az sfera-ya istinadən xəbər veerir ki, göy öskürək yoluxucu bir infeksiyadır. Soyuqdəyməyə bənzər simptomlarla başlayır və zamanla şiddətli və uzunmüddətli öskürəyə səbəb ola bilər. Bu səbəbdən xəstəliyə "100 günlük öskürək" də deyirlər. Göy öskürəyin başlanğıcında burun axması, asqırma və yüngül qızdırma baş verə bilər. Xəstəlik irəlilədikcə şiddətli öskürəyə çevrilir. Bu da, əsasən, gecələr pisləşir.
Öskürək tutmaları zamanı tənəffüs çətinləşə və bəzi hallarda qusma da baş verə bilər. Peyvənd olunmamış və ya qismən peyvənd olunmuş körpələrin göy öskürəyə yoluxma təhlükəsi daha yüksəkdir.
Mütəxəssislər göy öskürəyin qarşısını almağın ən təsirli yolunun peyvənd olduğunu vurğulayıblar. Antibiotiklər göy öskürəyi müalicə etmək üçün istifadə olunur, lakin bu müalicə adətən xəstəliyin erkən mərhələlərində təsirli olur.
Alimlər COVID-19 pandemiyası zamanı göy öskürək hallarının əhəmiyyətli dərəcədə azaldığını müşahidə ediblər. Onlar bu azalmanı pandemiya zamanı görülən tədbirlərlə əlaqələndiriblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 908 Tarix: 21 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr