Rayon xəstəxanalarının şəraitlərinin pis olmasının səbəbi nədir? – AÇIQLAMA
Regionlarda fəaliyyət göstərən ilkin tibbi xidmət göstərən məntəqələrin maddi-texniki bazası demək olar yoxdur, yaxud bərbad haldadır.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin oktyabrın 18-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Bəs görəsən rayon xəstəxanaların imkan və şəraitlərin pis olmasının səbəbi nədir?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən tibbi ekspert Rasif Bağırov bildirib ki, buna səbəb mailiyyə problemləridir:
"Rayon xəstəxanalarında şərait və imkanlar yaxşı deyil. Bunun səbəbi mailiyyə problemləridir. Kifayət qədər vəsait ayrılmalıdır. Dəqiqləşdirilməlidir ki, niyə ayrılan vəsait gedib rayon xəstəxanalarına çatmır və ya çatır lakin onun istifadəsi məqsədyönlü şəkildə aparılmır. Belə olan halda da rayon xəstəxanalarında şərait və imkanlar yaxşı olmur. Xəstələrin yataq şəraiti, əməliyyat otaqları, aparaturaların vəziyyəti lazimi səviyyədə olmur. Bütün bunlar mailiyyə işi ilə məşğul olan səhiyyə sisteminin işçiləri tərəfindən yoxlanılıb dəqiqləşdirməlidir ki, ayrılan pullar hara xərclənir. Niyə rayonlarda xəstəxanalar həddindən artıq pis vəziyyətdədir. Düşünürəm ki, həkimlərin bu vəziyyətlə əlaqəsi yoxdur. Çünki onlar mövcud şərait nədirsə, orda da işini görür. Onların başqa imkanı yoxdur. Bütün bunlar mailiyyə sisteminə bağlıdır. Hesab edirəm ki, bu vəziyyətə nəzarətlər artırılmalıdır".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1704 Tarix: 21 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək
3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr