"30 il ərzində Minsk qrupu daha çox Azərbaycana işğallı qəbul etdirməklə bağlı olan bir fəaliyyət nümayiş etdirib" - DEPUTAT

"30 il ərzində Minsk qrupu daha çox Azərbaycana işğallı qəbul etdirməklə bağlı olan bir fəaliyyət nümayiş etdirib" - DEPUTAT"30 ildir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi davam etdiyi müddətdə bir neçə dövlət bu və ya digər formatda öz vasitəçilik missiyasını təklif etdi. Bunlardan daha çox ATƏT-in Minsk qrupu mandat üzərində həyata keçiriləcək bir vasitəçilik missiyasının reallaşdırılması ilə bağlı fəaliyyətə başlamışdı. Minsk qrupunun əsas məqsədi münaqişəni həll etmək idi".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin üzvü Azər Allahverənov bildirib.

Deputat qeyd edib ki, 30 ildə gedən proseslər göstərdi ki, Minsk qrupu daha çox Azərbaycanı işğalla barışdırmaq, ona bu reallığı qəbul etdirməklə bağlı olan bir fəaliyyət nümayiş etdirib:

"Nəticə etibarı ilə hətta bu və ya digər dönəmlərdə irəli sürdükləri münaqişənin həlli yolları ilə bağlı olan hər hansısa təklif və ya müzakirəyə çıxarılası bir sənəd var idisə, hətta o sənədə detallı şəkildə belə baxdıqda məlum olurdu ki, yenə də son nəticədə burada Azərbaycanın torpaqlarının müəyyən bir hissəsi işğal altında qalmalı və dövlətimiz bu reallığı qəbul etməklə növbəti mərhələyə daxil olmalıymış. Bundan başqa ayrı-ayrı dövrlərdə Azərbaycana müttəfiq olan dövlətlərin bu prosesdə iştirakına dair təşəbbüs irəli sürülürdü və belə bir vəziyyətdə yenə də qarşı tərəfin və onun havadarlarının təsiri, mənfi münasibəti və həmin vasitəçilikdən imtinası ilə sonlanırdı. Görünən bu idi ki, əsasən Ermənistana havadarlıq edən dövlətlərin danışıqlar prosesinə "vasitəçi" kimi daxil olması daha çox onların merkantil maraqlarının təmin olunmasına hesablanmış bir fəaliyyət idi. Burada guya Ermənistan Respublikası, o cümlədən erməni xalqının maraqlarını tərənnüm etməklə realda onlar Cənubi Qafqaz bölgəsinə daxil olmaqala buradakı mövqelərini gücləndirmək, bölgədə gedən proseslərə bir növ hakimlik etmək missiyasınə həyata keçirmək istəyirdilər. Təbii ki, sırf bu nöqteyi-nəzərdən hətta o fikiri də söyləyə bilərəm ki, bunların guya ki, erməni xalqının maraqlarına xidmət edəcək bir fəaliyyət sərgiləməklə əslində onlar bunun tamam əksini edirlər. Çünki, 44 günlük vətən müharibəsinin nəticəsində Azərbaycan nəinki, özünün 1/5 hissəsini işğaldan azad etmiş oldu. Həmçinin, Azərbaycan yeni müstəvidə sülh gündəliyini irəli sürdü. Bu gün bir çox proseslər və bir çox layihələr məhz Azərbaycanın təşəbbüskarlığı, onun lakomativdə gedən bir dövlət olaraq iştirakı ilə baş verir ki, artıq bu məsələlərdə Ermənistan Respublikası arxa plandadır".

Deputat vurğulayıb ki, müxtəlif dövlətlər, siyasi mərkəzlər, hətta beynəlxalq təşkilatlar da vasitəçiliyini təklif etmək niyyətindədirlər. Bununla bağlı maraqlarını hətta müəyyən mənada ifadə edirlər:

"Bu dövlətlər və siyasi mərkəzlər arasında həqiqətən də Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olan dövlətlər var. Xüsusiliklə də Azərbaycana tərəfdaş olan, strateji müttəfiqlik münasibətlərində olan dövlətlər də var. Müəyyən müsbət nəticələr daha çox vasitəçilər olmadan aparılan danışıqlar nəticəsində əldə olunmuş olur. Yenidən vasitəçilik missiyasının bu prosesə təsiri və yeri barəsində bizi düşünməyə vadar edən haldır. Azərbaycan vasitəçilərlə bağlı fikrini bildirir ki, onlar həqiqətən də Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülh sərhəddinin bağlanılması, sülhün təmin olunmasına xidmət edə biləcək bir fəaliyyət sərgiləmək niyyətindədilərsə, bununla bağlı onların özlərinin xüsusi strategiyası varsa və bu strategiyanın kökündə məhz Azərbaycan və Ermənistan dövlətlərinin sülh şərayitində yaşamaq üçün zəruri imkanların səfərbər olunması elementləri varsa və bu niyyət həmin strategiyanın reallaşması üçün bir prinsip olaraq əldə rəhbər tutulursa, təbii ki, belə olduğu təqdirdə vasitəçilər öz missiyasını rahat həyata keçirə bilərlər. Əgər bu missiya adı altında başqa niyyətlər güdürlərsə, burada merkantil maraqları təmin etmək istiqamətində öz fəaliyyət sərgiləyirlərsə, təbii ki, bu heç bir zaman sülh prosesinə müsbət təsir edə bilməz, əksinə onu əngəlləyir, ləngidir və gedən sülh danışıqları prosesini dalana salır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1171   Tarix: 21 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

"Esthederm" klinikası pasiyentin diş implantını yarımçıq saxladı - Direktor məhkəməlik oldu

Bakıda fəaliyyət göstərən "Esthederm & Dental Clinic" klinikasında diş implantasiyası etdirən vətəndaş məhkəməyə müraciət edib. Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü İlqar Mustafayev klinikadan ödədiyi pulun, eləcə də maddi və mənəvi ziyanın əvəzinin ödənilməsini tələb edib

4 noyabr
.

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara ödənilən aylıq müavinətin məbləğində kəskin artım gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasını

4 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr