"Bakı dünən və bu gün yağış ilə sözün həqiqi mənasında mübarizə apardı və məğlub oldu" - SOSİOLOQ

"Bakı dünən və bu gün yağış ilə sözün həqiqi mənasında mübarizə apardı və məğlub oldu" - SOSİOLOQPayız ayıdır və havalar çox zaman yağışlı keçə bilir. Bu isə paytaxtda vəziyyəti gərginləşdirir. Bir çox ərazilərdə gediş-gəliş çətinləşir. Bakıda belə halların yaranması kanalizasiya sisteminin normal işləməməsi ilə bağlıdır. Kanalizasiya sistemləri niyə görə normal işləmir və belə hallara yol açır? Bununla bağlı hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a sosioloq Lalə Mehralı danışdı.

Sosioloq sözü gedən məsələ ilə bağlı açıqlamasında qeyd etdi ki, Bakıda çox az yağışa hesablanmış kanalizasiya sistemləri qurulduğu üçün belə hallar yaranır:

"Paytaxtda bir günlük güclü yağan yağış bütün hərəkəti iflic etdi. Təsəvvür edin ki, tunellər maşınların oradan keçə bilməyəcəyi qədər su ilə dolub. Bir az əvvəl gördüm ki, universitetlərin birinin bufeti su ilə dolub. Həmin hissəyə giriş-çıxış mümkünsüzdür. Belə bir vəziyyət niyə yaranmalı və bu həddə çatmalıdır?! Bakıda demək olar ki, kanalizasiya deyilən bir sistem yox dərəcəsindədir. Çox az yağışa hesablanmış bir sistem qurulub. Dünəndən paytaxat yağan yağış fəlakət həddə deyildi. Bu normal bir haldır və çox ölkələrdə belə güclü yağış yağır. Amma bizdə belə yağış ildə bir dəfə yağdıqda ölkədə vəziyyət alt-üst olur. Nəqliyyatın iflic olması, ictimai nəqliyyatla bağlı ciddi problemlərin ortaya çıxması, yollarda hərəkətin məhdudlaşması, bir çox ərazidə tunellərin su ilə dolması və nəticədə ictimai nəqliyyatların istiqamətinin dəyişdirilməsi əhaliyə çox ciddi problemlər yaratdı. İşə gedə bilməyənlər, evinə yetişə bilməyənlər, sağlamlığı ilə bağlı ciddi problem yaşayanlar vəs. oldu. Yəni, bütün hallarda Bakı dünən və bu gün yağış ilə sözün həqiqi mənasında mübarizə apardı və məğlub oldu. Kanalizasiya sisteminin işləməməsi bir şəhər üçün ən böyük problemir. Yağış mövsümü hələ indi başlayıb və qarşıda bizi çox yağıntılar da gözləyə və ciddi təhlükələr yarana bilər. Azərbaycan böyük tədbirə ev sahibliyi edəcək və ona da saylı günlər qalıb. 193 ölkədən Azərbaycana 80 mindən çox qonaq gələcək. Təsəvvür edin Bakını necə yükü və məsuliyyət gözləyir. Həmin qonaqlar gələn ərəfədə bu cür hal yaşansa və şəhər yenə iflic vəziyyətə düşsə biabrçılıq yaşanacaq".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1906   Tarix: 22 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Sabahdan güclü külək başlayır - Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, noyabrın 5-də axşamdan noyabrın 6-da səhərədək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti il

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr