Azərbaycanda yerə tüpürənlər cərimələnəcək?
Günümüzün ciddi problemlərindən biri də yerə tüpürməkdir. Belə ki, bu, bəzi insanlar tərəfindən adi hal alıb. Kənardan etik görünməməsindən əlavə, məsələnin daha vacib bir tərəfi var. Həkimlər müəyyənləşdiriblər ki, insanın tüpürcəyində təxminən 600 fərqli mikrob var. 1 kub sm-lik tüpürcəkdə 250 milyon mikrob var. Əgər tüpürcək sahibi xəstədirsə, bu zaman mikrobların sayı artır. Yerə tüpürmə yolu ilə insana keçə biləcək xəstəliklər sırasında birinci və ən çox bilinəni vərəmdir. Bundan başqa, xroniki bronxit və qrip də yerə tüpürməklə sürətlə artır. Psixoloqların tədqiqatarına görə, yerə tüpürənlər əsəbi daha zəif olan insanlardır. Onlar bu üsulla öz aqressiyasını, bəzən hirsini, reaksiyasını ifadə edirlər. Bu mənzərəni görənlər üçün isə vəziyyət tam əskinədir, bu, onları diksindirir, əsəbilik və stress yaradır. Maraqlıdır ki, bəzi ölkələrdə yerə tüpürmək qadağandır. Dünyanın bir çox ölkələrində səki və küçələrin təmiz saxlanılması üçün müxtəlif məbləğdə cərimələr tətbiq edirlər. Bu cərimələr Avropada daha çox yayılıb. Belə ki, yerə tüpürməyə görə cərimə Barselonada 3000 min avro (5540 manat), Sinqapurda 1000 ABŞ dolları (1700 manat), İsveçrədə 100 frankdır (təxminən 196 manat). Sürixdə 200 franka (392 manat) İtaliyanın bəzi yerlərində 500 avroya (930 manat) qədər cərimə tətbiq olunur.
Bəs Azərbaycanda bu inzibati məsuliyyət yaradırmı və cərimə tətbiq edilirmi?
Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası qanunvericiliyində yerə tüpürmə ilə bağlı bilavasitə inzibati məsuliyyət nəzərdə tutulmayıb.Bununla belə, İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə əlli manat məbləğində cərimə edilir:
"Həmin Məcəllənin 301.2-ci maddəsinə əsasən, qatarların vaqonlarının pəncərələrindən və ya qapılarından zibil, yaxud başqa predmetlər atılmasına görə otuz manat, 306.1-ci maddəsinə əsasən, stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan "sərnişin-maşinist" rabitəsindən istifadə etməyə görə on beş manat məbləğində cərimə edilir.Eyni zamanda, həmin Məcəllənin 308.2-ci maddəsinə əsasən, gəmilərdən zibil və başqa predmetlər atmağa görə otuz manat məbləğində cərimə tətbiq olunur".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1287 Tarix: 24 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabr