COP29 zamanı Azərbaycanda terror aktı törədilə bilərmi? – AÇIQLAMA
Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi bildirirlir. Ölkəmizdə bu konfransa hazırlıq prosesi davam edir. Bəs görəsən təhlükəsizlik baxımından hansı tədbirlər görülüb? COP29 zamanı Azərbaycanda hər hansı təxribatlar və ya terror aktı törədilə bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən "Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirib ki, bu gözlənilmir:
"Belə bir hadisə gözlənilən deyil. Bütün meydanlar polis tərəfindən qorunacaq. Amma təbii ki, heç bir dövlət cinayətdən sığortalanmayıb. Cəmiyyət inkişaf etdikcə onun budaqlarında yeni cinayətlər peyda olur və törədilir. Azərbaycanda son kollegiyada Vilayət Eyvazov bəyan etdi ki, ağır və az ağır cinayətlərin sayı azalıb. Qeyd olunan cinayətlərin 90 faizi açılıb və təmin edilib. Bu o deməkdir ki, cinayətkarlıqla mübarizə prinsipiallıqla davam edir.
COP29 zamanı bu konfransa mane ola biləcək hər hansı bir əməlin törədilməsini ehtimal belə etmirəm. Çünki konfransın keçiriləcəyi ərazilər tamamilə polisin əhatəsində olacaq. Orda hər kəsin hər bir addımı izləniləcək. Heç kəsin artıq bir əməl törətməsinə imkan verilməyəcək. Bu Azərbaycan polisinin qarşısına qoyduğu ən mühim məqsədlərdən biridir.
Azərbaycana qarşı qısqanclıq edən dövlətlər ola bilər ki, nəsə törətmək istəsinlər. Belə bir hal mümkün olan variantdır. Xainliklə bir addım atmağa çalışa bilərlər. Amma belə bir hadisə baş verməyəcək. Bunun qarşısının alınması üçün bütün tədbirlər görülüb".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3014 Tarix: 24 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrKeçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabr