Yaşayış binasındakı yanğının təfərrüatı açıqlandı
Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt avtomobil yolunun 7-ci km-də 11 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən 7-ci mərtəbəsinə qədər pəncərə çərçivələri və kondisionerlər yanıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisinin böyük köməkçisi Elxan Bədəlov jurnalistlərə açıqlamasında deyib.
"Yanğının səbəbi araşdırılır. Əlavə məlumat veriləcək", - DYMX əməkdaşı bildirib.
21:28
Abşeron rayonu, Gənclər şəhərciyi ərazisində binanın yanması səbəbi ilə çağırış ünvanına 2 təcili tibbi yardım briqadası cəlb olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Hələ ki müraciət qeydə alınmayıb", - məlumatda qeyd olunub.
21:04
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Oxu.Az-a nazirliyin Mətbuat Xidməti məlumat verib.
Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunublar.
20:41
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xiıasetmə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə Oxu.Az-a nazirliyin Mətbuat Xidməti məlumat verib.
Məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
20:26
Xırdalanda yaşayış binasında güclü yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesinin 7-ci kilometrliyində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.
Yanğınla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.
Həmin görüntüləri təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
İki illik viza aldığı ölkədə 2 həftə qala bilmədi: "Burdakı kişilərdə problem var" - VİDEO