Bakıda ən uzun avtobus dayanacağı burada olacaq - Fotolar
Xəbər verdiyimiz kimi, metronun "28 May" stansiyasının qarşısı (Dəmiryol vağzalı meydanı və Cəfər Cabbarlı heykəlinin ətrafı) müasir şəhərsalma prinsipləri əsasında abadlaşdırılıb.
"Qafqazinfo"nun məlumatına görə, COP29 ərəfəsindən paytaxtın urbanistik transformasiya keçirən bu ərazisində bir çox yeniliklər edilib.
Belə ki, yeniliklərdən sonra 2 metro stansiyasının ("28 May" və "Cəfər Cabbarlı"), 10-dan artıq müntəzəm marşrut avtobusu xəttinin keçdiyi qovşağa daha minik avtomobilləri buraxılmayacaq. Ərazidə iriçətirli ağaclardan ibarət yaşıllıq zolağı da salınıb. Burada avtobus gözləyən sərnişinlər üçün Bakıda ilk dəfə olaraq yüzlərlə insanın yağış və günəşdən qorunmaq üçün istifadə edə biləcəyi platformaşəkilli dayanacaq quraşdırılıb.
"28 May" stansiyasının qarşısı daha əvvəl
Həmçinin ərazidə yol hərəkətinin təşkilində də xeyli dəyişikliklər var. Belə ki, paytaxtda ilk dəfə olaraq bu meydandan çıxan avtobuslar prospekt boyu nəqliyyat axınının əksinə (Cəfər Cabbarlı heykəlinin qarşısından sağa – Azadlıq prospektinə dönməklə) hərəkət edə biləcək.
Şəhər mobilliyinin təmin edilməsi baxımından böyük əhəmiyyətə malik olan bu layihə hər gün onminlərlə insanın rahat və asudə hərəkətini təmin etməklə yanaşı, Bakıdakı səs kirliliyinin müəyyən qədər azalmasında rol oynayacaq.
Həmçinin burada elektrik avtobusları üçün yerindəcə doldurma stansiyaları da quraşdırılıb.
Yaxın günlərdə ərazidən müntəzəm marşrut avtobuslarının hərəkətinə start veriləcək.






Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1508 Tarix: 01 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi
Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub
11 sentyabrDövlət bağçalarında yerlərin sayı artırılıb
"Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib
11 sentyabrBu atları saxlayanlara 1000 manat veriləcək
"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"
10 sentyabrEyni ərazi, fərqli qiymət: Əmlak qiymətlərini nə müəyyənləşdirir?
Eyni ərazidə yerləşən və oxşar xüsusiyyətlərə malik evlərin qiymətləri belə bir-birindən ciddi fərqlənə bilər. Burada təmirin səviyyəsi, sənədlərin tamlığı, torpağın hüquqi statusu, evin tikinti keyfiyyəti, yerləşdiyi küçə, nəqliyyat və infrastruktura yaxınlıq kimi amillər mühüm rol oynayır. Bəs, daşınma
11 sentyabr31° isti... - Sabahın havası
Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq
10 sentyabrAli Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Bakı sakini Alim Atakişiyev illərdir məhkəmələrdə hüquqlarını müdafiə etdiyi mənzilin qanunsuz yollarla ardıcıl olaraq bir neçə nəfərə satıldığını iddia edir. Onun sözlərinə görə, Ali Məhkəmənin qanuni sahiblik hüququnu təsdiqləyən qərarına baxmayaraq, mənzil üzərində saxta əməliyyatlar həyata keçirilib
10 sentyabrOğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA
Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur. Bəs, oğlan tələbələrin kirayə ev tapmaqd
11 sentyabr