Alimentdən boyun qaçıran işsiz valideyinlər üçün dövlət fondu yaradılır? – AÇIQLAMA
Bəzi valideyinlər boşandıqdan sonra işsiz olduqlarını əsas gətirərək aliment ödəməkdən boyun qaçırırlar. Bu vəziyyətdə isə bütün çətinliyi uşaqlar çəkməli olur. Bəs görəsən işsiz valideyinlər aliment ödəyə bilsin deyə dövlət tərəfindən işlə təmin edilə bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, bunun üçün aliment fondları yaradılmalıdır:
"Adətən cütlüklər arasında anlaşmalı deyil münaqişəli boşanma olduğu üçün tərəflərdən biri aliment ödəməkdən boyun qaçırır. Bu da şübhəsiz ki, çox ciddi problemlər yaradır. Aliment ödəməyən valideyinlərin bir qismi işsiz olduğunu ciddi əsas gətirməyə çalışır. Digər qisim valideyinlər isə başqa yollarla aliment ödəməkdən boyun qaçırmaq istəyir. Adətən onlar bu addımı əks tərəfə qıcıq vermək üçün atırlar. Halbuki onlar başa düşməlidirlər ki, aliment uşağın həyatının təminatı üçün nəzərdə tutulub.
Ölkəmizdə alimentin məbləği uşaqlar üçün nəzərdə tutulan minimum yaşayış məbləğinə əsasən müəyyənləşir. Bəzi valideyinlər bunu görməzdən gəlir və aliment ödəmir. Hətta bəziləri müxtəlif üsullarla saxta əlillik əldə edir və ya əmlaklarını başqalarının adına keçirirlər ki, aliment ödəməsinlər. Bütün bunlar ondan irəli gəlir ki, cütlüklərdən biri və ya hər ikisi öz valideyinlik missiyalarını başa düşmürlər.
Bu günə qədərki statistikaya baxsaq görərik ki, ölkəmizdə kifayət qədər ödənilməyən aliment məsələsi var. İlin ilk yarısının statistikasında 7000-dən yuxarı alimentin ödənilməməsi ilə bağlı müraciətlərin olduğu qeyd olunmuşdu. Deməli, bu istiqamətdə bəzi məsələlər tənzimlənməlidir. Belə ki, işsizliyini əlində rəhbər tutan tərəf üçün bir çox xarici ölkələrdə olduğu kimi aliment fondu yaradılmalıdır. Bu fonda dövlət vəsaiti daxil olur və bütün alimentlər ödənilir. İşsizliyini əsas gətirərək aliment ödəməkdən imtina edən valideyin də işə düzəldikdən sonra məvacibindən həmin fonda pul ödəyir və dövlətin borcunu qaytarır. Bir sıra ölkələrdə bu şəkildə tənzimlənmə təcrübəsi var. Arzu olunandır ki, bu bizdə də tətbiq olunsun. Güman edirəm ki, bu addımın atılmasında böyük fayda var.
Bundan əlavə boşanan cütlüklərlə valideyinlik missiyaları ilə bağlı maarifləndirmə xarakterli söhbətlər aparılmalıdır. Onlara valideyinlik və ailə dəyərlərini düzgün şəkildə tətbiq etmək lazımdır. Bəlkə bu sayədə valideyinlər anlayar ki, bir-biri ilə boşanırlar, uşaqları ilə deyil".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Qədim Şuşada gözəllik yaradılır
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?