Deputat həssas qrupdan olan uşaqların sosial müdafiəsi ilə bağlı təkliflər səsləndirib
"Uşaq müəssisələrindəki uşaqların cəmiyyətə uğurlu inteqrasiyası strateji məqsəddir. Bu mənada sözügedən müəssisələr uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzi olmalıdır. Bu müəssisələrdə uşaq hüquqlarının qorunması onların müstəqil həyata və sosiallaşmaya uyğunlaşmasını şərtləndirir".
Sonxeber.az xəbər verir ki, Milli Məclisin deputatı Nigar Məmmədova Parlamentin bu gün keçirilən plenar iclasında "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanuna təklif edilən dəyişikliklərə münasibət bildirərkən belə deyib.
Deputat qeyd edib ki, dəyişikliklər dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlərin keyfiyyətinin artırılmasına hesablanıb.
"Layihədə qeyd edilən tələblər müəssisələrdə xidmətlərin təşkili, yaşayış şəraiti, qidalanma, sağlamlığın mühafizəsi, təlim-tərbiyə və asudə vaxtın təşkili sahələrini əhatə edir. Hazırlanmış tələblərin uşaq müəssisələrində "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"na əsasən keçirilən monitorinqlərdə istifadə edilməsi nəzərdə tutulur. Hesab edirəm ki, dövlət və ya qeyri-dövlət uşaq müəssisələrində monitorinqlər daha intensiv davam etdirilməli, vətəndaşlar tərəfindən edilən müraciətlər dəqiq araşdırılmalıdır".
N.Məmmədova vurğulayıb ki, uşaqların psixi sağlamlıqlarına təsir edəcək bir sıra risk faktorları mövcuddur ki, bu da onların sonrakı həyatlarında özünü açıq şəkildə göstərir:
"Bu mənada uşaq müəssisələrində zorakılıq hallarına birmənalı şəkildə yol verilməməlidir. Mümkün neqativ halların qarşısını almaq üçün nəzarət mexanizmi daha da gücləndirilməlidir. Paralel olaraq, məişət zorakılığı, gender əsaslı zorakılıq, təhsil hüquqları ilə bağlı uşaqların silsilə maarifləndirilməsi həyata keçirilməlidir".
Deputat bir çox təkliflər də irəli sürüb: "Təhsil müəssisələrində müştərək tədbirlərin keçirilməsi, peşə seçimi ilə bağlı treninqlərin təşkili, eyni zamanda ekoloji və dünyəvi məsələlərlə bağlı maarifləndirmə işlərinin aparılması da effektiv nəticələr verə bilər. Həmçinin, idman federasiyaları və ya klublarla səmərəli əməkdaşlığın qurulması, uşaqlar arasından istedadlı, xüsusi bacarığı olanların seçilərək aidiyyatı üzrə cəlb edilməsi məqsədəuyğun olar. Asudə vaxtın səmərəli təşkilində uşaqların muzeylər, teatrlar və digər incəsənət məkanlarına yönləndirilməsi xüsusi rolu oynayacaq. Uşaqlarla yanaşı təlimçilər və əsas koordinatorların özlərinin də maarifləndirilməsinə, onlarla psixoloji təlimlərin aparılmasına ehtiyac var. Çünki bu müəssisələrdə fiziki və ya əqli məhdudiyyətləri olan uşaqların çatışmazlıqlarını vaxtında müəyyən edib, tədbir görülməsi zəruridir".
Deputat xüsusilə uşaq müəssisələrində valideyn-övlad münasibətinin düzgün aşılanmasını vacib hesab edir:
"Həssas qrupdan olan uşaqların buna daha çox ehtiyacı var. Gələcəkdə onların ailə başçısı kimi formalaşmasına dəstək olmaq üçün könüllülük fəaliyyətinə cəlb edilməsi də vacibdir. Eyni zamanda xüsusi bacarıqların inkişaf etdirilməsi üçün uşaqları müvafiq kurslara, olimpiadalara, festivallara, yay düşərgələrinə yönləndirmək də yaxşı nəticələr verir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
İki illik viza aldığı ölkədə 2 həftə qala bilmədi: "Burdakı kişilərdə problem var" - VİDEO