"Ermənistan mövcud ordusu ilə belə Azərbaycanla mübarizə apara biləcək halda deyil" - AÇIQLAMA
Son günlər yerli və xarici mediada Ermənistanın yeni ordu yaratması ilə bağlı xəbərlər yayılır. Bəzi ekspertlər bunun Azərbaycanla yeni müharibəyə işarə olduğunu bildirir, bəziləri isə belə bir ehtimalın olmadığını düşünür.
Bəs görəsən Ermənistanın yeni ordu yaratmaqda əsas məqsədi nədir?
Mövzu ilə bağlı, Sonxeber.az - a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu sadəcə medianın diqqətini çəkmək üçün atılan bir addımdır:
"Ermənistanın indiki məqamda Azərbaycanla təkbətək müharibə aparacaq gücü yoxdur. Təbii ki, Ermənistanda müəyyən vaxtlarda belə hərbi fəaliyyətlər olur. Hətta yeni ordu yaradılması ilə bağlı mətbuatın şişirtdiyi əsassız xəbərlər də olur. Təəssüf ki, bizim yerli mətbuatda da bu tipli məsələlər gündəm kimi təqdim edilir. Amma reallıq ondan ibarətdir ki, qeyd olunan dəstələr özünü müdafiə xarakterlidir ki, bunun bir bənzərini Türkiyədən misal gətirmək olar. Belə ki, Türkiyədə "Korucular"deyə bir dəstə var və onlar dağ kəndlərində terrorçularla mübarizə aparmaq üçün yaradılıb. Ermənistanda isə bu tipli dəstələr sadəcə mətbuatın diqqətini çəkmək üçün və ya "müharibəyə hazırlaşırlar"təəssüratı yaratmaq üçün qurulur. Reallıq isə ondan ibarətdir ki, Ermənistan və Azərbaycan arasında sülh prosesi gedir və bu, ikili danışıqlar fonunda baş verir. Yəni ortada heç bir vasitəçi yoxdur. Kənar qüvvələrin məsələyə təsir etməsini də Azərbaycan heç bir halda istəmir. Sülh prosesinin getdiyi bir zamanda mən Ermənistanın bu cür addım atacağını düşünmürəm. Bu, mərkəzi hakimiyyətin təşəbbüsündən çox kilsənin, lobbi və diasforanın yerli kəndlərlə apardığı layihələr əsasında ortaya çıxan bir haldır. Bunun heç bir reallıq payı yoxdur və ciddiyə alınacaq tərəfi də yoxdur"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2399 Tarix: 06 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr