COP konfransları dünyaya nə verir?

COP konfransları dünyaya nə verir?Bazar ertəsi Bakıda iqlim məsələləri üzrə tərəflərin 29-cu konfransı öz işinə başlayacaq. 1992-ci ildə imzalanmış BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) mahiyyəti ondan ibarətdir ki, qlobal istiləşməyə əsas "töhfə vermiş" sənayeləşmiş ölkələr daha böyük məsuliyyət daşımalıdırlar. COP-un hər sessiyası üzrə danışıqlar da məhz bunun ətrafında qurulur.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyinin tədbirlə bağlı hazırladığı və iqlim sammitlərinin əhəmiyyətindən və çərçivə konvensiyasında bütün tərəflərin iştirakının vacibliyindən bəhs edən materialında deyilir.

İqlim dəyişikliyi problemə "töhfə verməsindən" asılı olmayaraq bütün ölkələrə aiddir. Bu qlobal təhlükəni həll etmək üçün birgə səylərə ehtiyac var və buna görə də illik COP görüşləri keçirilir.

COP istiləşməyə səbəb olan karbon və digər qazların emissiyalarının azaldılması tədbirlərinin müzakirəsi, onunla mübarizə və uyğunlaşma üçün maliyyə mexanizmlərinin işlənib hazırlanması üzrə platformadır. Bununla belə, əldə olunmuş irəliləyişlərə baxmayaraq, dəyişiklik sürəti qlobal temperatur artımının qarşısını almaq üçün kifayət deyil. İlk konfranslardan bəri emissiyalar və temperaturun orta göstəriciləri artmağa davam edir.

Materialda göstərilir ki, dünya liderləri demək olar hər sammitdə iştirak edirlər və bu, onların ölkələrinin UNFCCC-nin məqsədlərinə sadiqliyinin mühüm siqnalıdır. Liderlərin iştirakı həm də ölkələrə keçmiş vədlərə görə bir-birləri qarşısında məsuliyyət daşımağa kömək edir. Qeyd etmək lazımdır ki, bu tədbir zamanı ölkələr emissiyaları barədə hesabat verirlər, eləcə də inkişaf etməkdə olan ölkələrə iqlim yardımı üçün yüzmilyardlarla dollar ayrılmasına yardım edirlər.

"COP29-da iqlim maliyyələşdirməsi üzrə yeni hədəfin təyin ediləcəyi, beynəlxalq karbon krediti bazarlarının fəaliyyətə başlayacağı, eləcə də iqlim fəlakətlərindən zərər çəkən ölkələrə yardımın artırılacağı gözlənilir. Bundan əlavə, gündəliyə əlavə təşəbbüs və layihələrin müzakirəsi də daxildir", - müəllif yazır.

Eyni zamanda, COP29-a sədrlik edən Azərbaycanın rolu bu il danışıqları hazırlamaq və aparmaq, həmçinin sammitin prioritetlərini müəyyən etməkdir. Ev sahibi kimi ölkə il ərzində daha iddialı iqlim tədbirlərinə dair çağırışlar edərək fəal olub.

Əsas sessiyalarla yanaşı, COP29 çərçivəsində milli nümayəndə heyətləri, qeyri-hökumət təşkilatları və özəl şirkətlər tərəfindən təşkil edilən panel müzakirələri və "Yaşıl zona" sərgiləri də daxil olmaqla, yüzlərlə qeyri-rəsmi sessiyalar keçiriləcək. Müzakirələr okeanın turşulaşdırılmasından tutmuş karbon kompensasiyası layihələrinə qədər mövzuları əhatə edəcək. Fəallar, elm adamları və biznes nümayəndələri öz təşəbbüslərinə diqqət çəkə və yeni layihələr üçün maliyyə axtara biləcəklər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 748   Tarix: 09 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Komediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA

Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin

18 noyabr
.

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb. "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayə

16 noyabr
.

Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq

Əməkhaqqı ödənişləri elektronlaşdırılacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən əmək münasibətləri iştirakçıları tərəfindən qanunvericiliyin tələblərinə riayə

18 noyabr
.

Azərbaycanlı aktyorlar məşhur Yaponiya serialında - Fotolar

Azərbaycan aktyorları məşhur Yaponiya serialında rol alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb. Bildirilib ki, Yaponiyanın TBS telekanalının məşhur "VIVANT" serialının ikinci mövsümünün genişmiqyaslı çəkilişlər

18 noyabr
.

Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq

Dövlət İmtahan Mərkəzi tərəfindən ictimaiyyətin diqqətinə çatdırılmış imtahan qrafikinə əsasən 4 dekabr tarixində BB vəzifə altqrupu və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanının, 13 dekabr tarixində isə A və B vəzifə növü üzrə dövlət qulluğuna qəbul üzrə test imtahanının keçirilməs

18 noyabr
.

Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün - noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır. Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkü

17 noyabr
.

"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad

"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri

17 noyabr
.

Kirayəçi evi boşaltmaqdan imtina edirsə, ev sahibi nə etməlidir? - EKSPERTDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahiblərinin üzləşdiyi problemlərdən biri də müqavilənin müddəti başa çatdıqdan və ya kirayə haqqı ödənilmədikdən sonra kirayəçinin mənzili boşaltmaqdan imtina etməsidir. Belə hallarda mülkiyyətçilər həm əmlak hüquqlarını qorumaq, həm də qanun çərçivəsində hərəkət etmək məcburiyyətind

17 noyabr
.

Muxtar Maniyevin oğlu vəzifədən azad olundu

10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Polkovnik Maniyev ehtiyata buraxılıb. Qeyd edək ki, Tura

18 noyabr