Komediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA

Komediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMASon dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərinə təsiri ilə bağlı narahatlıqlar səsləndirilir. Digər tərəfdən, yumor və yaradıcı ifadə azadlığı ilə ictimai məsuliyyət arasında sərhədin harada müəyyənləşməli olduğu da müzakirə mövzusudur.

Bəs, yumor adı altında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışların cəmiyyətə, xüsusilə gənclərə təsiri necə qiymətləndirilməlidir? Komediya proqramlarında hansı etik sərhədlər gözlənilməli və media nümayəndələri auditoriya qarşısında hansı məsuliyyəti daşımalıdırlar?
Komediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, son dövrlərdə televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında, eləcə də insanların gündəlik ailə və məişət həyatını əks etdirən verilişlərdə gənclərin dünyagörüşünə, ailə dəyərlərinə, ümumilikdə isə cəmiyyətin makro və mikro strukturuna mənfi təsir göstərə biləcək ifadələrə rast gəlinir.

"Təəssüf ki, bu hal getdikcə kütləvi xarakter alır. Hətta bəzi tamaşalarda belə, əxlaq normalarına uyğun olmayan ifadələr işlədilir. Təbii ki, verilişlər öz ssenarisinə və məzmununa görə siyasi, ədəbi və bədii xarakter daşıya bilər. Siyasi verilişlərdə, bir qayda olaraq, ədəbi dil normalarına riayət olunur. Lakin komediya janrında olan proqramlarda, yumoristik səhnələrdə və müxtəlif problemlərin müzakirə edildiyi ədəbi-bədii verilişlərdə küçə jarqonlarından, vulqar ifadələrdən istifadə hallarına rast gəlirik. Xüsusilə narahatedici məqam odur ki, bəzən bu cür ifadələrə elə verilişlərin aparıcıları özləri daha çox yol verirlər.

Yumoristik səhnələrdə ədəbi və bədii dil normalarına uyğun olmayan küçə sözlərinin, jarqonların və təhqiramiz ifadələrin işlədilməsi tamaşaçılarda gülüş doğura bilər. Lakin bu, cəmiyyətin tərbiyəsinə və şəxsiyyətin formalaşmasına mənfi təsir göstərir. Bəzi aktyorlar istedad və təcrübə çatışmazlığı səbəbindən tamaşaçını təəccübləndirmək, güldürmək və auditoriya cəlb etmək üçün bu cür ifadələrdən istifadə edirlər. Təəssüf ki, buna nail də olurlar. Ancaq unudurlar ki, həmin ifadələrlə ictimaiyyətə hansı mənfi tendensiyaları və məzmunu təqdim edirlər.

Cəmiyyətdə elə söz və ifadələr var ki, onları bir neçə nəfərin yanında işlədərkən belə, Azərbaycan xalqının adət-ənənələrinə uyğun olaraq üzr istəyir, sonra fikrimizi davam etdiririk. Lakin bəzi şou proqramlarının aparıcıları bu cür ifadələri sanki adi təqdimat vasitəsinə çeviriblər. Hesab edirəm ki, bu məsələ qanunvericilik çərçivəsində tənzimlənməli, mövcud normaların konkret verilişlərdə tətbiq mexanizmləri daha aydın müəyyənləşdirilməlidir. Aparıcılar və iştirakçılar verilişin üslubuna uyğun, ədəbi dil və etik normaları qoruyan ifadələr işlətməlidirlər.

Bu, çox mühüm və ciddi məsələdir. Təəssüf ki, televiziyada bəzi verilişlərdə və ayrı-ayrı şəxslərin çıxışlarında jarqon ifadələrin işlədilməsi getdikcə daha çox müşahidə olunur. Xüsusilə şou-biznes nümayəndələrinin bu cür hallara yol verməsi narahatlıq doğurur.

Məsələnin digər mühüm tərəfi isə bəzi aparıcıların ədəbi dil normalarına əməl etməməsi, çıxışlarında şivə və ləhcələrdən istifadə etməsidir. Azərbaycan dilinin müəyyən edilmiş ədəbi normaları var. İctimaiyyət qarşısında, televiziya efirində çıxış edən insanlar həmin normalara uyğun danışmalıdırlar. Ədəbi dilin öz qaydaları və üslubu mövcuddur. Bu normaları mənimsəmək və öyrənmək lazımdır.

Bütün bunlar dilimizin gələcəyi, milli-mənəvi dəyərlərimizin qorunması və ideologiyamızın əsas istiqamətlərindən biri olan Azərbaycan dilinin gözəlliyinin yaşadılması baxımından əhəmiyyətlidir. Düşünürəm ki, bu məsələ həm də ideoloji xarakter daşıyır və ona mütləq diqqət yetirilməlidir.

Əvvəllər filmlərdə, o cümlədən sovet dövrünün ekran əsərlərində mənfi qəhrəmanların dilindən kobud ifadələr səslənə bilirdi. Lakin tamaşaçı bilirdi ki, həmin sözlər mənfi obrazın xarakterini göstərmək üçün işlədilir. Təəssüf ki, bu gün özünü müsbət obraz kimi təqdim edən, insanları güldürmək və onlara nümunə olmaq istəyən bəzi şəxslər məhz jarqon və söyüş xarakterli ifadələrdən istifadə etməklə yadda qalmağa çalışırlar. Bu isə problemin ən narahatedici tərəflərindən biridir.

Digər tərəfdən, ədəbi-bədii verilişlərin aparıcıları da bəzən ədəbi dil normalarından ciddi şəkildə kənara çıxırlar. Özüm də dəfələrlə belə hallarla rastlaşmışam. Bəzi verilişlərdə aparıcılar ailə və ictimai həyatla bağlı ciddi məsələləri müzakirə edir, müxtəlif şəxsləri efirə dəvət edərək problemləri gündəmə gətirirlər. Lakin müzakirə zamanı aparıcının öz danışıq tərzi və ifadələri etik normalardan xeyli uzaq olur.

Hesab edirəm ki, istər şou-biznes sahəsində fəaliyyət göstərən şəxslərin, istərsə də digər televiziya aparıcılarının akademik etika haqqında anlayışları olmalıdır. Onlar akademik yazı və akademik etika üzrə müvafiq biliklərə yiyələnməli, ictimaiyyət qarşısında çıxış edərkən dil və davranış normalarına riayət etməlidirlər".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 66   Tarix: 18 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr
.

Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. xəbər verir ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarınd

17 noyabr
.

"Changan" idarəetməni itirərək səkiyə çıxdı

Gecə saatlarında Novxanı-Sumqayıt yolunda qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Changan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə və yol kənarındakı ağaca çırpılıb. Bildirilib ki, hadisə yolun təmir gedən hissəsində qeydə alınıb. Qəzaya uğrayan nəqliyya

18 noyabr
.

Komediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA

Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin

18 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Ev sahibi kirayəçini məhkəmə qərarı olmadan evdən çıxara bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Kirayə münasibətlərində ev sahibi ilə kirayəçi arasında yaranan mübahisələrdən biri də mənzilin boşaldılması tələbi ilə bağlıdır. Bəzi hallarda ev sahibləri kirayə haqqının gecikdirilməsini, müqavilə müddətinin başa çatmasını və ya mənzilə özlərinin ehtiyac duymasını əsas gətirərək kirayəçidən evi qıs

17 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Bab əl-Məndəb və Hörmüz eyni vaxtda risk altında: Azərbaycan tranzit marşrutları üçün bunun mənası nədir?

Körfəzdə gərginlik yenidən artıb. Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndəki ABŞ radarına hücum etdiyini açıqladı. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iki dronun vurulduğunu bildirdi, itki və zərər olmadığını dedi və radar iddiasını təkzib etdi (Al Jazeera, Reuters). Hər iki tərəfin iddias

16 noyabr