Kombilərə son, yeni tikililərə də mərkəzi istilik veriləcək - AÇIQLAMA

Kombilərə son, yeni tikililərə də mərkəzi istilik veriləcək - AÇIQLAMAXəbər verdiyimiz kimi, artıq dünəndən etibarən mənzillərə istilik sistemi verilib. İstər çoxmənzilli binalarda, istərsə də fərdi evlərdə istilik mənbələrinin seçimi vacibdir. Hazırda ölkəmizdə mənzillər və evlər müxtəlif üsullarla isidilir. Paytaxt Bakı və digər iri şəhərlərdə çoxmənzilli yaşayış binalarının əksəriyyəti mərkəzi istilik sistemi ilə təmin edilir. Bununla yanaşı, kombi istilik sistemlərinə də böyük maraq var. Bir çox vətəndaş, xüsusən fərdi evlərində və çoxmərtəbəli binaların mənzillərində istilik sistemlərinin rahatlığı və sərfəliliyi səbəbindən kombi qurulmasına üstünlük verirlər. Lakin, hansı istilik sisteminin daha etibarlı və iqtisadi cəhətdən sərfəli olduğu barədə mübahisələr hələ də davam edir.

Kombi ya mərkəzi istilik sistemi hansı daha sərfəlidir?

Mövzu ilə bağlı Milli.Az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb.

O bildirib ki, kombi cihazlarının ekologiyaya və vətəndaşların maddi vəziyyətinə vurduğu zərər, xüsusilə geniş sahəli mənzillərdə daha çox nəzərə çarpır. Məsələn, belə mənzillərdə aylıq istilik ödənişləri 50 manatdan 150 manata qədər dəyişə bilir.

"Bu, həm ekoloji, həm də iqtisadi baxımdan problem yaradır. Çünki çoxmənzilli yaşayış binaları fərdi şirkətlər tərəfindən inşa edildiyindən gələcəkdə hər bir binada mərkəzi istilik sisteminin qurulması üçün avtomobil yollarının qazılması və digər infrastrukturların yenidən sıradan çıxması tələb oluna bilər. Bununla yanaşı, Bakı şəhərinin baş planı artıq 2040-cı ilə qədər hazır olunmuş formada olacaq. Şəhər yeni bir quruluş alacaq. Bu plana əsasən, gələcəkdə bütün binaların mərkəzi istilik sistemləri ilə təmin olunması nəzərdə tutulur. Beləliklə, yaxın gələcəkdə yeni tikilən binalar bu xətlə uyğun inşa edilərsə, vətəndaşlar öz mənzillərində istifadə etdikləri kombi sistemlərindən imtina edə bilərlər".

Ekspert qeyd edib ki, bütün bunlar ekologiyanın qorunmasına kömək edəcək və vətəndaşların maliyyə yükünü azaldacaq. Mərkəzi istilik sistemlərinin genişlənməsi həm enerji sərfiyyatını daha səmərəli hala gətirəcək, həm də ətraf mühitə vurulan təsiri minimuma endirəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1180   Tarix: 16 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr