Azərbaycan, Özbəkistan və Qazaxıstanın Avropaya təmiz elektrik enerjisi ixracı ilə bağlı həcmləri açıqlanıb
Azərbaycan Avropaya hər il 5 giqavat təmiz elektrik enerjisi ixrac etmək niyyətindədir.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Əşrəf Şıxəliyev COP29 çərçivəsində keçirilən "2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinin üç dəfə artırılması: Mərkəzi Asiyada sürətli bərpa olunan enerji üçün zəmin" mövzusunda təşkil olunmuş tədbirdə çıxış edib.
Onun sözlərinə görə, Özbəkistan öz elektrik enerjisinin 5 giqavatını, Qazaxıstan isə 5-7 giqavat enerji ixrac etməyi planlaşdırır: "Bu strateji yanaşma Mərkəzi Asiyanın və Azərbaycanın qlobal enerji keçidində əsas oyunçuya çevrilməsi istiqamətində mühüm addım hesab olunur".
Ə.Şıxəliyev hesab edib ki, bərpa olunan enerji sahəsində ambisiyalı hədəflərə nail olmaq üçün investorların diqqətini cəlb edən meqa layihələr vacibdir:
"Kiçik gəlirli layihələrdən fərqli olaraq, investorlar böyük və etibarlı layihələrə üstünlük verirlər. Azərbaycan hökuməti bu istiqamətdə Xəzər dənizində külək elektrik stansiyalarının quraşdırılması və həmin stansiyalarda istehsal olunan enerjinin Qara dənizin dibi ilə çəkilən kabel vasitəsilə Rumıniya və Macarıstana ötürülməsi kimi irimiqyaslı layihələr hazırlayır. Beləliklə, təmiz enerji Xəzər dənizindəki külək stansiyalarından birbaşa Avropa ölkələrinə çatdırılacaq".
Ə.Şıxəliyev vurğulayıb ki, bu layihələr Avropanı Mərkəzi Asiya ilə enerji baxımından birləşdirmək məqsədini daşıyır: "Bu il Qazaxıstan, Özbəkistan və Azərbaycanın elektrik sistemlərinin birləşdirilməsinə dair layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanacaq. Layihə çərçivəsində Xəzər dənizinin dibi ilə çəkiləcək kabel vasitəsilə enerji Qazaxıstandan Azərbaycana, oradan isə Avropaya çatdırılacaq. Bununla yanaşı, Azərbaycan Türkiyə vasitəsilə Avropaya uzanan başqa bir enerji dəhlizinə də malikdir".
O əlavə edib ki, bu layihələr həm Azərbaycanın, həm də Mərkəzi Asiya ölkələrinin bərpa olunan enerji potensialını qlobal bazara çıxaracaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 907 Tarix: 16 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabr