"Parlamentlər iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynayırlar" - DEPUTAT
"Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi edir. Aparılan müzakirələr, əldə olunan razılaşmalar, qəbul edilən qərarlar deməyə əsas verir ki, Bakı platforması öz işini peşəkarlıqla qura və konfrans iştrakçılarını heyrətləndirə bildi. Bu, Azərbaycan dövlətinin Beynəlxalq səviyyədə gücünü, potensialını və imkanlarını bir daha nümayiş etdirdi".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı
Deputat qeyd edib ki, bir qayda olaraq, Parlamentlər iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynayırlar və bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, yenilənə bilən enerji mənbələrinin inkişafını təşviq edən qanunların hazırlanaraq, qəbul edilməsi ciddi əhəmiyyət kəsb edir:
"COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə "Parlament Görüşü" dinləmələrinin keçirilməsi məhz iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin növbəti uğurlu töhfəsi oldu.
Digər vacib bir məqam, iqlim dəyişiklikləri ilə mübarizədə maliyyə resurslarının vacib önəm daşımasıdır. İki günlük
Parlament müzakirələrində sözügedən məsələ ətrafında geniş diskussiya aparıldı və çoxsaylı təkliflər verildi. Xüsusilə qeyd olundu ki, geniş maliyyə imkanları iqlim dəyişikliyi ilə bağlı tədqiqatların, texnoloji yeniliklərin, yaşıl layihələrin reallaşması üçün qrantların və maliyyə dəstəyinin təmin olunmasına öz müsbət təsirini göstərərdi.
Müzakirələrdə qeyd olundu ki, Beynəlxalq iqlim razılaşmalarına dəstək verilməsi və bu baxımdan əməkdaşlığın genişləndirilməsi Parlamentlər qarşısında duran prioritet vəzifələrdən biridir.
"Parlament görüşü" ndə iqtisadi inkişafla ekoloji davamlılığın vəhdətinə xidmət edən strategiyanın hazırlanması və həyata keçirilməsi ilə bağlı təkliflər dünyanı gözləyən katakrizmlərdən qorumaqla yanaşı, həm də təmiz, yeni iş yerlərinin yaradılmasına geniş imkanlar açardı".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 977 Tarix: 18 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabr