Braziliyalı nazir: Karbon bazarının yaradılması ekoloji bütövlüyün təmin edilməsi üçün prioritetdir
Karbon bazarının yaradılması ekoloji bütövlüyün təmin edilməsi üçün prioritetdir.
"Report" xəbər verir ki, bunu Braziliyanın ətraf mühit və iqlim naziri Marina Silva COP29-un bağlanış plenar iclasının birinci hissəsinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.
"6.2 və 6.4-cü maddələr mürəkkəb və yüksək texniki sənədlərdir ki, onlar həm də bir çox ölkələrin milli qanunvericiliyinin aspektlərini əhatə edir. Bu, heç vaxt alver predmeti kimi qəbul edilməyib: karbon bazarının yaradılmasını təkcə inkişaf etmiş deyil, həm də bir çox inkişaf etməkdə olan ölkələr dəstəkləyib. Beləliklə, bu təşəbbüs çoxsaylı ölkələr üçün ümumi vəzifəyə çevrilib. Müzakirə prosesi doqquz il davam edib - bu, həqiqətən uzun və çətin yol olub. Layihənin qəbulundan sonra səslənən alqışlar bütün iştirakçıların bu mərhələni başa çatdırmağa can atdığını aydın göstərdi. İndi biz irəli gedə, davamlı və ekoloji dayanıqlığı təmin edəcək karbon bazarı yarada bilərik. Bu, bizim əsas prioritetimiz olaraq qalır", - nazir qeyd edib.
M.Silva həmçinin qeyd edib ki, ötən həftə Braziliyada milli karbon bazarı təsdiqlənib.
Nazir vurğulayıb ki, onun reallaşdırılması ölkə prezidenti Luis İnasiu Lula da Silvanın təsdiqindən sonra beynəlxalq karbon bazarının tətbiqi ilə paralel həyata keçiriləcək.
"Bu, ekoloji bütövlüyü təmin etməyə, beynəlxalq standartlara uyğun nəzarət mexanizmlərini yaratmağa imkan verəcək", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 775 Tarix: 24 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabr