BMT Baş katibi: COP29 razılaşması iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur
COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur.
"Report" xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quttereş COP29-la bağlı bəyanatında bildirib.
"Qlobal istiləşmə həddini 1,5°C-də saxlamaq üçün COP29-da razılığın əldə edilməsi zəruri idi. Qarşılaşdığımız böyük problemlərin həlli üçün həm maliyyələşdirmədə, həm də təsirlərin yumşaldılmasında daha iddialı nəticələrə ümid edirdim, lakin təqdim olunan razılaşma gələcək inkişaf üçün əsas yaradır.
Bu, tam və vaxtında tamamlanmalıdır.
Mən hökumətləri bunu təcili şəkildə etməyə çağırıram", - BMT Baş katibi qeyd edib.
"Qonaqpərvərliyə görə Azərbaycan hökumətinə, COP29-un prezidenti Muxtar Babayevə, onun komandasına göstərdikləri gərgin əməyə görə təşəkkür edirəm.
BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Still və onun həmkarlarına göstərdikləri əla dəstəyə və əlbəttə Birləşmiş Millətlər Təşkilatının komandasına minnətdaram.
Tərəfləri maksimum ambisiyaya və ədalətə sövq etmək üçün Bakıya gələn bütün nümayəndələrə, gənclərə, vətəndaş cəmiyyəti nümayəndələrinə təşəkkürümü bildirirəm. Müraciətimi onlara birbaşa ünvanlanmış mesajla bitirirəm - həmin ruhda davam edin. Birləşmiş Millətlər Təşkilatı sizinlədir. Mübarizəmiz davam edir. Biz heç vaxt təslim olmayacağıq", - A.Quttereş qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 880 Tarix: 24 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah leysan olacaq, qar yağacaq
Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayr
4 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabr