Azərbaycanın bank sektorunun iqlim dəyişikliyinə dair öhdəliyinin prioriteti açıqlanıb
Azərbaycanın bank sektorunun iqlim dəyişikliyi ilə bağlı üzərinə götürdüyü 2 milyard manatlıq öhdəliyin icrası zamanı hökumətin strateji baxışına uyğun olaraq ev təsərrüfatlarının, kiçik və orta sahibkarların maliyyələşdirilməsi prioritet olacaq.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib.
"Banklarımızın ayıracağı həmin vəsait iqtisadiyyatımızın dayanıqlı inkişafını dəstəkləməklə "yaşıl iqtisadiyyat"a keçidin sürətləndirilməsində mühüm rol oynayacaq", - deyə o qeyd edib.
Bundan başqa, baş bankir deyib ki, COP29 uğurlu olub, Azərbaycan iqlim maliyyələşməsində tarixi nəticə əldə edib, 2035-ci ilə qədər iqlim maliyyələşdirilməsi üçün inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları vəsait ayırması məqsədi ilə kollektiv öhdəlik müəyyən edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 734 Tarix: 25 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazir şöbə müdiri təyin etdi
Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub. Bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, R.Ənvərli bundan əvvəl "Avrora" şirkətində şöbə müdiri, daha əvvəl isə "Kapita
12 sentyabrYeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
11 sentyabrSosial müavinətlərlə bağlı AÇIQLAMA
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 52,9 %-ni kişilər
13 sentyabrBirinci sinfə qəbula gecikən valideynlərin nəzərinə: Son tarix açıqlandı
Sentyabrın 16-da saat 11:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi mümkün olacaq. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilir
12 sentyabr