"Hazırda biznes kreditlərinin ümumi kreditlərdə payı 54 %-i üstələyir" - Taleh Kazımov
Bu ilin əvvəlindən Azərbaycanda aylıq depozit gəlirlərinin 200 manata qədər hissəsinin vergidən azad edilməsi kiçikməbləğli və uzunmüddətli əmanətlərin sayını artırıb.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, yanvar-sentyabr aylarında milli valyutada 30 min manata qədər əmanətlərin sayı 36 % artıb, müddəti 1 ildən çox əmanətlərin xüsusi çəkisi isə 48,8 %-dən 56 %-ə çatıb. Həm qeyd edilən dəyişiklik, həm də pul siyasəti sahəsində aparılan islahatlar bank sektoruna olan inama müsbət təsir edib".
Bundan başqa, sədr deyib ki, bu il də əhalinin və biznesin maliyyəyə çıxış imkanlarının artırılması xüsusi diqqətdə saxlanılıb: "10 ayda bank sektorunun kredit portfeli 16,8 %, o cümlədən biznes krediti portfeli 25,9 % artıb. Hazırda biznes kreditlərinin ümumi kreditlərdə payı 54 %-i üstələyir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 897 Tarix: 25 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazir şöbə müdiri təyin etdi
Kənd Təsərrüfatı Nazirliyində daha bir kadr təyinatı olub. Bununla bağlı nazir Məcnun Məmmədov müvafiq Əmr imzalayıb. Əmrə əsasən, Ruslan Ənvərli nazirlikdə şöbə müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, R.Ənvərli bundan əvvəl "Avrora" şirkətində şöbə müdiri, daha əvvəl isə "Kapita
12 sentyabrYeni Klinikada ilk dəfə mexaniki trombektomiya uğurla icra edilib
Yeni Klinikada kəskin işemik insultun müalicəsində mexaniki trombektomiya ilk dəfə uğurla icra edilib. 1950-ci il təvəllüdlü qadın pasiyent kəskin nevroloji əlamətlərlə xəstəxanaya müraciət edib. Pasiyentin vəziyyəti insultun ağırlığını qiymətləndirən NIHSS (National Institutes of Health Stroke Scale
11 sentyabrSosial müavinətlərlə bağlı AÇIQLAMA
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 97 798 nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir. Məlumata görə, onların 52,9 %-ni kişilər
13 sentyabrBirinci sinfə qəbula gecikən valideynlərin nəzərinə: Son tarix açıqlandı
Sentyabrın 16-da saat 11:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci sinfinə üzrlü səbəbdən gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçimi mümkün olacaq. Bu barədə -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilir
12 sentyabr