Qanunsuz ov edən şəxslərə bu cəzalar tətbiq ediləcək - AÇIQLAMA
Azərbaycanda ov mövsümü ənənəvi olaraq hər il 1 sentyabrda açılır və fevral ayına qədər davam edir. Qaydaların sərtləşdirilməsinə və yüksək cərimələrə baxmayaraq, ölkədə qanunsuz ov hallarının sayı artmaqdadır.
Bəs görəsən qanunsuz ov edən şəxslərə hansı cəzalar tətbiq edilir?
Hüquqşünas Ramil Süleymanov Sonxeber.az – ın bu sualını cavablandırıb:
"Qanunsuz ov etmə və ov qaydalarının pozulması ilə bağlı şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həm inzibati, həm cinayət məsuliyyətinə cəlb etmək mümkündür.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 272.3 -cü maddəsinə əsasən ov qanunlarının kobud pozulması, yəni ovçuluq etməklə bağlı lazımi icazənin olmaması, qadağan olunmuş yerlərdə ovların həyata keçirilməsi, qadağan olunan alətlərlə ov etmək və o cümlədən bu qaydaların müntəzəm pozulmasına görə bu xətanın törədilməsinə birbaşa səbəb olan alət və predmetlər müsadirə edilməklə və ya edilməməklə 1000 manatdan 2000 manata qədər cərimə, yaxud da 6 aydan 2 ilə qədər ov hüququnun məhdudlaşdırılması icra olunur.
Məsələ ilə bağlı cinayət məsuliyyəti də mövcuddur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258.1-ci maddəsinə əsasən lazimi icazə olmadan və ya qadağan olnmuş yerlərdə, qadağan olunmuş vasitələrlə ov edərək xeyli miqdarda ziyan vurmaq 2000 manatdan 3000 manata qədər cərimə, 1 ilə qədər müddətdə islah işləri və ya 1 ilə qədər azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
Qeyd edim ki, xeyli miqdarda ziyan dedikdə burda 1000 manatdan 7000 manata qədər məbləğ nəzərdə tutulur. Eyni əməllər əgər külli miqdarda ziyan vurmaqla törədilərsə, yəni partlayıcı maddələrlə quşların və heyvanların ölümünə səbəb olmaqla törədilərsə 3000 manatdan 6000 manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunur".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2732 Tarix: 27 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrXırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr
4 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrAğır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA
Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi
4 noyabr