Ağadadaş Ağayev məhkəmədən kənarda nələr dedi?

Ağadadaş Ağayev məhkəmədən kənarda nələr dedi?Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktının elanını başa çatdırıb.

Sonxeber.az musavat.com-a istinadən bildirir ki, İttihamda deyilir ki, Ağadadaş Ağayev hadisə günü "MedEra" Hospitalın mühafizəçisi Nurəddin Cəlilova kobud formada səslənərək onu yanına çağırıb.

Mühafizəçi çağırışına cavab vermədiyi üçün uca səslə onun ünvanına nalayiq sözlər işlədib. Daha sonra isə əsəbiləşərək əlindəki baltanı ona tərəf atıb. Nəticədə balta hədəfdən yayınaraq hospitalda xadimə işləyən qadının ayağına dəyib.

İstintaq materiallarında yazılır ki, bundan sonra təqsirləndirilən müğənni ilə mühafizəçi arasında əlbəyaxa dava başlayıb.

Bu əməlləri ilə Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsində nəzərdə tutulan cinayət törədib. O bu maddə ilə təqsirli bilinərsə, 2 ildən 5 ilə qədər azadlıqdan məhrum oluna bilər.

Ağadadaş Ağayev məhkəmədə vəkili Asim Abbasovla birgə iştirak edir. Müğənni Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə verilmiş ittihamla razılaşmayıb.

Hakimin "ittiham üzrə özünüzü təqsirli bilirsinizmi" sualına "Mən özümü təqsirli bilmirəm. Ona görə indi çıxış etmək istəmirəm".

Dövlət ittihamçısı Babək Zakirzadə dəqiqləşdirici sual verərək ittihamı tam olaraq eşidib-eşitməməsini aydınlaşdırıb.

Ağadadaş Ağayev: "Bir onu deyə bilərəm ki, bütün məsələlər havada qalıb, hər şey məntiqdən kənardır. Dünya təcrübəsində belə bir şey yoxdur ki, kömək istəyəsən, həm də söyüş söyəsən. Mən birindən kömək istəmişəm. Bunu necə söyüşlə istəyə bilərəm?"

Hakimin "ittiham təsdiq olunsa, sizi hansı cəza gözlədiyini bilirsiz" sualına Ağadadaş Ağayev hazırda özünü yaxşı hiss etmədiyini, ifadə verməyə hazır olmaldığını deyib. Bundan sonra məhkəmənin aparılması qaydası müzakirə edilib. Ağadadaş Ağayevin vəkili bildirib ki, əvvəlcə zərərçəkmiş şəxslər ifadə versin.

Dövlət ittihamçısı isə ilkin olaraq təqsirləndirilən şəxsin dindirilməsini təklif edib. Məhkəmə qərara alıb ki, əvvəlcə təqsirləndirilən, daha sonra zərərçəkmiş və şahidlərin dindirilməsi həyata keçirilsin. Ağadadaş Ağayevin vəkili hazırkı mərhələdə müdafiə etdiyi şəxsin ifadə verməyə hazır olmadığını deyib. O, məhkəmənin təxirə salınmasını istəyib.

Məhkəmə vəkilin istəyini nəzərə alıb. Proses dekabrın 3-nə qədər təxirə salınıb.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə - silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. İş üzrə 2 zərərçəkmiş şəxs tanınıb.

Bu şəxslər "MedEra Hospital"ın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilovdur. Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır.

Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib. Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib. Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti ötən müddət ərzində reaksiya verməyib. Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib. İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev "MedEra Hospital"ın yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib. Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:

"Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən "MedEra Hospital"a gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o, yenə təkidlə mənə "bura gəl, qorxma, gəl bura" deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq "ermənidən əmələ gələn, sənə demirəm bura gəl...", - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı".

Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta "MedEra Hospital"ın həyətinə doğru irəliləməyə başlayıb: "Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan "mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!" ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə "MedEra"ya daxil olmurdu? Məni 3 dəfə balta ilə "MedEra"nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?"

Ağadadaş Ağayevə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib. İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1118   Tarix: 29 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi

Xırdalan şəhərində noyabrın 2-də yoxa çıxan və ötən gecə tapılan 12 yaşlı uşağın evdən getməsinin təfərrüatı bilinib. -a istinadən xəbər verir ki, qızın mənzili tərk etməsinə anasından küsməsi səbəb olub:. İddia olunur ki, qızın anası ilə aralarında mübahisə olub və azyaşlı evdən gedib. "Daha sonr

4 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Teatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq

2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind

4 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Ağır dərs çantaları uşaqların sağlamlığını TƏHDİD EDİR - AÇIQLAMA

Məktəblilərin hər gün ağır dərs çantaları daşıması şagirdlərin sağlamlığı, dərs yükünün düzgün bölüşdürülməsi və dərsliklərin təşkili ilə bağlı məsələləri gündəmə gətirir. Çantaların çəkisinin uşaqların yaşına və fiziki imkanlarına uyğun olmaması onların gündəlik hərəkətinə və sağlamlığına mənfi təsi

4 noyabr