Zelenski Rusiya ilə münaqişəni dayandırmağa hazırdır - ŞƏRT

Zelenski Rusiya ilə münaqişəni dayandırmağa hazırdır - ŞƏRTUkrayna Prezidenti Volodimir Zelenski Kiyevin nəzarətində olan ərazilərin NATO "çətiri altına" alınacağı təqdirdə münaqişənin qaynar mərhələsinin dayandırmağa hazır olduğunu bəyan edib.

Oxu.Az xəbər verir ki, bu barədə o, "Sky News"a müsahibəsində deyib.

"Müharibənin qaynar mərhələsini dayandırmaq istəyiriksə, nəzarətimizdə olan Ukrayna ərazisini NATO-nun "çətiri altına" almalıyıq. Bu, tez bir zamanda etməli olduğumuz bir nüansdır. Fakt budur ki, bu, müharibənin qaynar mərhələsini dayandırmaq üçün həll yoludur, çünki biz nəzarətimiz altında olan hissə ilə NATO-ya üzv olmaq üçün müraciət edə bilərik", - Zelenski qeyd edib.

Bundan sonra Ukrayna lideri, işğal altında olan ərazilərin diplomatik yolla qaytarılması üzərində işləmək niyyətindədir. Onun sözlərinə görə, Ukrayna əvvəllər belə bir ideyanı yalnız ona görə nəzərdən keçirməyib ki, bunu heç kim rəsmi şəkildə təklif etməyib.

Zelenskinin bəyanatı artıq Ukraynada kəskin reaksiyaya səbəb olub. "Strana" nəşri qeyd edib ki, bu, Zelenskinin 2022-ci ilin fevralından bəri işğal edilən əraziləri geri qaytarmadan münaqişəni dayandırmağa hazır olduğu barədə ilk bəyanatıdır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1989   Tarix: 30 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ÜST Avropada yayılan super bakteriyaya yoluxma riski yüksək olan şəxsləri açıqlayıb

Avropada dərmanlara davamlı Klebsiella pneumoniae bakteriyasına yoluxma riski daha çox artıq xəstəlikdən əziyyət çəkən və tibb müəssisələrində müalicə alan şəxslər arasındadır. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri "RİA Novosti"yə bildiriblər. Qeyd olunu

25 noyabr
.

Bu ölkədə məktəblərdə mobil telefon qadağan olunur

Danimarka Təhsil Nazirliyi 2027-2028-ci tədris ilindən etibarən ölkənin ibtidai və orta məktəblərində mobil telefonlardan istifadənin qadağan olunacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, nazirliyin açıqlamasına əsasən, yeni qayda yalnız internetə çıxışı olan mobil telefonları deyil

24 noyabr
.

Yaponiyada güclü zəlzələ: onlarla insan xəsarət alıb, qatarların hərəkəti dayanıb

Yaponiyanın mərkəzi hissəsində baş verən güclü zəlzələ nəticəsində onlarla insan xəsarət alıb, yaşayış və kommersiya obyektlərinə ziyan dəyib, dəmir yolu nəqliyyatında fasilələr yaranıb. "The Japan Times" nəşrinin məlumatına görə, 5,7 bal gücündə zəlzələ noyabrın 8-də yerli vaxtla saat 01:04-d

25 noyabr
.

Melaniya Tramp fotolarını satışa çıxardı

ABŞ-nin Birinci xanımı Melaniya Tramp rəqəmsal fotolarını satışa çıxardığını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, kolleksiyadakı hər bir foto 150 dollara təklif olunur. O, açıqlamasında şəxsi fotoseriyasını alman fotoqraf və keçmiş model Elle fon Unvertin çəkdiyini bildirib. "The Independent"

24 noyabr
.

Polşada sosial şəbəkələrdə terror təhdidləri yayan məktəbli həbs edilib

Polşanın paytaxtı Varşavada polis 15 yaşlı şagirdi sosial şəbəkələrdə terror aktı törətmək hədələri dərc etdiyinə görə saxlayıb. xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb. Bildirilib ki, Varşava liseylərindən birinin şagirdi partlayıcı qurğudan istifadə etməklə terror aktının hazırlanmasın

25 noyabr
.

ABŞ İrana qarşı yeni hərbi əməliyyata hazırlaşır? Trampın növbəti addımı gözlənilir

ABŞ və İran arasında davam edən müharibə fonunda Vaşinqtonun növbəti hərbi addımları beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ Prezidenti Donald Tramp administrasiyası Tehrana qarşı hərbi və iqtisadi təzyiqləri davam etdirir. Bununla yanaşı, regionda ABŞ qüvvələrinin təhlükəsizliy

24 noyabr
.

Şimali Koreya lideri taktiki nüvə silahlarının genişləndirilməsini tələb etdi - Yeni təhlükə yaranır

Şimali Koreya lideri Kim Çen In ölkənin taktiki nüvə silahlarının müxtəlif hərbi istiqamətlərdə yerləşdirilməsinin genişləndirilməsinin vacibliyini bəyan edib. O, ölkənin nüvə materialları istehsalı imkanlarının da sistemli şəkildə artırılmasını tələb edib. Reuters-in Şimali Koreyanın dövlət mediasın

26 noyabr
.

Britaniya və Ukrayna birlikdə hücum dronları istehsal edəcəklər

London və Kiyev Böyük Britaniya ərazisində Ukrayna istehsalı olan zərbə dronlarının istehsalı haqqında saziş imzalayıblar. "Report"un xəbərinə görə, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, pilotsuz uçuş aparatları Ukraynanın ehtiyacları üçün Böyük Britaniyad

25 noyabr
.

Sabiq prezidentə ikitərəfli pnevmoniya diaqnozu qoyuldu

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun səhhəti pisləşib. Həkimlər onda ikitərəfli pnevmoniya aşkar ediblər. xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb. Məlumata görə, Bolsonarunun mədəsindəki möhtəviyyatın tənəffüs yollarına keçməsi nəticəsində bronxoaspirasiya pnevmoniyası yaranıb

24 noyabr