Sabiq prezidentə ikitərəfli pnevmoniya diaqnozu qoyuldu

Sabiq prezidentə ikitərəfli pnevmoniya diaqnozu qoyulduBraziliyanın keçmiş prezidenti Jair Bolsonaronun səhhəti pisləşib. Həkimlər onda ikitərəfli pnevmoniya aşkar ediblər.

Sonxeber.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb.

Məlumata görə, Bolsonarunun mədəsindəki möhtəviyyatın tənəffüs yollarına keçməsi nəticəsində bronxoaspirasiya pnevmoniyası yaranıb. O, hazırda Braziliyanın paytaxtında yerləşən DF Star xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.

Sabiq prezident noyabrın 20-də bağırsaq keçməzliyi səbəbindən xəstəxanaya yerləşdirilib. Müayinələr zamanı 2018-ci ildə bıçaqlanmasından sonra keçirdiyi çoxsaylı əməliyyatlar nəticəsində nazik bağırsağında demək olar ki, tam tıxanıqlıq aşkar edilib.

Həkimlərin bildirdiyinə görə, Bolsonarunun vəziyyəti bazar günü qusma tutmasından sonra ağırlaşıb. Qanda oksigen səviyyəsi aşağı düşüb, qarın nahiyəsində şişkinlik və ağrılar artıb.

Hazırda ona konservativ müalicə tətbiq olunur. Həkimlər müsbət dinamika davam edərsə, təkrar əməliyyata ehtiyac olmayacağını bildiriblər. Sabiq prezidentin xəstəxanadan nə vaxt buraxılacağı hələ məlum deyil.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 123   Tarix: 24 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya-Ukrayna müharibəsində son vəziyyət - Rusiya Kiyevə yeni hücumlara hazırlaşır

Rusiya-Ukrayna müharibəsində hərbi əməliyyatlar davam edir. Rusiya ordusunun Ukraynanın müxtəlif şəhərlərinə raket və pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində mülki şəxslər arasında ölən və yaralananlar var. Ukrayna Prezidenti Vladimir Zelenski isə kəşfiyyat məlumatlarının Rusiyanın yeni genişmiqyasl

24 noyabr
.

Yaponiyada donanmanın nüvə sualtı qayıqları ilə təchizatı ehtimalı qaldırılıb

Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP) əsas milli təhlükəsizlik sənədlərinin nəzərdən keçirilməsi çərçivəsində nüvə sualtı qayıqlarının istifadəyə verilməsi məsələsinin müzakirəsini istisna etməyib. "Report"un "Kyodo News"a istinadən məlumatına görə, LDP-nin Təhlükəsizli

22 noyabr
.

Rusiya nüvə başlığı daşıyan peyki orbitə çıxarır - İddia

Rusiya yaxın həftələrdə nüvə başlığı daşıyan peyki orbitə çıxara bilər. xəbər verir ki, bu barədə Almaniyanın WDR və NDR telekanalları, eləcə də "Süddeutsche Zeitung" qəzetinin birgə araşdırmasında deyilib. Araşdırmaya görə, "Sputnik-S" adlı aparat artıq yığılıb və bir neçə ildi

23 noyabr
.

Aİ və Britaniya dəyişən dünyanı nəzərə alaraq münasibətlərə yenidən baxmağa hazırdırlar

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya daha geniş münasibətlər modelini müzakirə etməyə açıqdırlar, çünki son onilliyin hadisələri beynəlxalq vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib və təhlükəsizlik, müdafiə və iqtisadiyyat sahələrində daha sıx əməkdaşlıq tələb edir. "Report"un Avropa büros

22 noyabr
.

Braziliyada qadın 33 illik köləlikdən azad edildi

Braziliyanın San-Paulu ştatının Embu-das-Artes şəhərində bir ev qulluqçusu 33 ildən artıq müddəti məvacibsiz və məzuniyyətsiz olaraq bir ailənin evində keçirib. xəbər verir ki, bu barədə Braziliyanın Əmək Prokurorluğu məlumat yayıb. Qadın təkcə ev işlərini görməklə kifayətlənməyib, həm də işəgötürənlər

22 noyabr
.

Marin Le Pen III dünya müharibəsi ilə bağlı xəbərdar edib

Rusiya-Ukrayna münaqişəsinin tərəfləri onun nəticələrini dərk etməsələr, bu Üçüncü Dünya müharibəsinə səbəb ola bilər. Bunu Fransanın "Milli Birlik" Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen "X" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ukraynada vəziyyətin yalnı

23 noyabr
.

Aİ Şurası Ukraynaya 1 milyard avro məbləğində hərbi yardım ayırıb

Avropa İttifaqı (Aİ) Şurası Avropa Sülh Fondu (EPF) çərçivəsində Ukraynaya 1 milyard avro məbləğində yeni hərbi yardımın verilməsi barədə qərar qəbul edib. "Report" Aİ Şurasının bəyanatına istinadən xəbər verir ki, vəsaitlər Ukrayna Silahlı Qüvvələri üçün silahların birgə satınalınmasına yönəldiləcək

22 noyabr
.

Merts: Qətər Almaniyaya əlavə 15 milyard avro investisiya yönəldəcək

Qətər müdafiə və texnologiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi çərçivəsində Almaniyaya əlavə olaraq 15 milyard avro investisiya yatıracağına söz verib. "Report" Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Berlində Qətər əmiri şeyx Təmim bi

22 noyabr
.

İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb

İraqın dövlət aviaşirkəti "Iraqi Airways" Tunisin cənub-qərbində dayanacaqda saxlanılan iki "Boeing 747" təyyarəsini satışa çıxardığını elan edib. xəbər verir ki, bu barədə aviaşirkətin saytında elan yerləşdirilib. Söhbət İraq hökumətinə məxsus olmuş və Səddam Hüseynin uçuşları üçü

23 noyabr