Azərbaycanda gənc əsgərlərlə görüşə QADAĞA - BİRGƏ MƏLUMAT
Son günlər ölkəmizdə qış mövsümündə havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması ehtimalı yaranır.
Müdafiə və Səhiyyə nazirliklərinin mətbuat xidmətlərindən Sonxeber.az-a daxil olan birgə məlumatda bildirilir ki, bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlıgının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır. Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.
Respirator virus infeksiyalara yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin effektivliyinin təmin edilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2581 Tarix: 07 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 13-də küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Xızıda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürət
12 noyabrBakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş (FOTO)
Moskva-Bakı aviareysi ilə Azərbaycana gələn və əl yükündə odlu silaha aid patronlar aşkar edilən Samit Bəşirovun məhkəmə prosesi başa çatıb. Qaynarinfo -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində hökm oxunub. Cinayət Məcəlləsinin 206.3.
14 noyabrMotosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirilib - Video-Yenilənib
Abşeronun Masazır qəsəbəsində motosiklet məktəblini vurub. "Qafqazinfo" xəbər verir ki, hadisə anının görüntülərü sosial şəbəkələrdə yayılıb. İddia edilib ki, motosiklet sürücüsü məktəblini qəsdən vurub. İnsidentlə bağlı ərazi polis şöbəsi tərəfindən araşdırma aparılır. *. Əldə etdiyimiz məlumat
13 noyabrTeymur Musayevə yeni vəzifə verildi
Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib. "Qafqazinfo" xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev təyin olunub. Qeyd edək ki, bu təyinatadək Nazirlə
12 noyabr"Qızıl Qaya" restoranın kababında təhlükəli bakteriya aşkarlandı (FOTO)
Bakının Nizami rayonunda yerləşən "Qızıl Qaya" restoranında aparılan yoxlamalar zamanı bir sıra mikrobioloji uyğunsuzluqlar aşkarlanıb. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, restoranda zəhərlənmə şübhəsi ilə bağl
13 noyabrQardaş 13 yaşlı bacısını bıçaqladı
Bakıda 13 yaşlı qız bıçaqlanıb. -a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Suraxanı rayonu ərazisində baş verib. Belə ki, 2013-cü il təvəllüdlü A.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, yeniyetmə qardaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırmala
14 noyabr