Xoşqədəm Baxşəliyeva ADY-dən danışdı: "Ora biabırçılıqdır" - Foto

Xoşqədəm Baxşəliyeva ADY-dən danışdı: "Ora biabırçılıqdır" - FotoAzərbaycan Dəmir Yollarının (ADY) fəaliyyəti ilə bağlı sərnişinlərin narazılığı artmaqdadır. Sosial şəbəkələrdə paylaşılan şikayətlərdə xüsusilə biletlərin əlçatan olmaması, uzunmüddətli səfərlər zamanı sərnişinlərə adi çay və suyun belə təqdim edilməməsi diqqət çəkir. Bununla yanaşı, biletlərin tur şirkətlərinə satılması ilə bağlı iddialar da səsləndirilir.

Tribuna.az xəbər verir ki, vətəndaşlar sosial şəbəkələrdə ADY-nin xidmət səviyyəsindən narazılıqlarını ifadə ediblər.

Vüqar Quliyev Bakı-Tbilisi marşrutu üzrə 10-11 saat davam edən səfər zamanı sərnişinlərə bir stəkan çayın belə pulsuz təqdim edilməməsindən narazılıq edib. O bildirib ki, qatarda çay satılır və qiymətlər 3 manatdan başlayır. Sərnişin bununla yanaşı, biletlərin satışında da ciddi sualların yarandığını vurğulayıb:

"Bu qədər satış edirsiniz, qatar boş getmir. Yəni bir çay vermək olmaz? Bunu da qoyaq bir kənara, biletləri hansı yollarla satırsınız, nə edirsiniz, bu qədər bilet hər gün yoxa çıxır? Yəni bu quruma nəzarət edən yoxdur?".

Digər vətəndaş Alvin Rzayev isə yay aylarında Tbilisiyə səfəri zamanı bir vaqonun demək olar ki, bütövlükdə eyni tur qrupunun üzvlərindən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, hətta həmin vaqonda tur rəhbəri də olub.

Bu paylaşım fonunda biletlərin fərdi sərnişinlər üçün əlçatanlığı və tur şirkətlərinin bilet satışında hansısa üstünlüyə malik olub-olmaması ilə bağlı suallar yaranır.

Tanınmış aparıcı Xoşqədəm Baxşəliyeva da ADY-nin xidmətləri ilə bağlı narazılığını qısa şəkildə ifadə edib. O, sosial şəbəkədə ADY ilə bağlı yazılan fikirlərə "Ora biabırçılıqdı" sözləri ilə reaksiya verib.

Sərnişinlərin şikayətləri ADY-də xidmət keyfiyyəti, bilet satışının şəffaflığı və uzunmüddətli səfərlər zamanı sərnişinlərə göstərilən xidmətlərlə bağlı müzakirələri yenidən gündəmə gətirir.

Qeyd olunan iddialarla bağlı Azərbaycan Dəmir Yollarının mövqeyini öyrənməyə hazırıq.
Xoşqədəm Baxşəliyeva ADY-dən danışdı: "Ora biabırçılıqdır" - FotoXoşqədəm Baxşəliyeva ADY-dən danışdı: "Ora biabırçılıqdır" - FotoXoşqədəm Baxşəliyeva ADY-dən danışdı: "Ora biabırçılıqdır" - Foto


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 278   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Zeytun yağı sağlam qidalanmada geniş istifadə olunan məhsullardan biri hesab edilir. Lakin marketlərdə müxtəlif marka və qiymətlərlə satışa çıxarılan zeytun yağlarının hamısı eyni keyfiyyətə malik deyil. Bəzi məhsulların tərkibi, istehsal üsulu və saxlanma şəraiti onların keyfiyyətinə birbaşa təsir göstərir

12 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə

12 noyabr
.

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl

12 noyabr
.

12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?

Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması

12 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr
.

Mənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA

Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında

12 noyabr
.

Eyni məhsul, fərqli qiymətlər: PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

Eyni daşınmaz əmlak, avtomobil və ya məhsul internetdə fərqli qiymətlərlə qarşınıza çıxa bilər. Bəs ilkin elan hansıdır və real bazar qiyməti nə qədərdir?. xəbər verir ki, PRAYK internetdəki açıq məlumatları davamlı analiz edərək eyni təklifin müxtəlif saytlardakı elanlarını müqayisə edir, ilkin mənbən

12 noyabr
.

Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri

Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin aşmasının anbaan görüntüləri yayılıb. -ın həmin görüntüləi təqdim edir. 12:58. Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşə

11 noyabr