"ABŞ-ın ermənipərəst addımları dayanmadan gündəmə gətirdikləri demokratiya və azadlıq tezislərinə əsaslı şübhələr yaradır" - DEPUTAT
"ABŞ-ın ölkəmizdəki səfirliyinin Qərbi Azərbaycan həqiqətlərini görməzdən gəlməsi rəsmi Vaşinqtonun anti-Azərbaycan siyasətinin təzahürüdür".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, ABŞ Azərbaycanın regional liderliyi fonunda Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlarla barışmaq istəmir:
"Məhz bu səbəbdən Ağ Ev admistratsiyası Ermənistanı fəal şəkildə silahlandırır və ölkəmizə qarşı növbəti hərbi qarşıdurmaya hazırlayır. Rəsmi Vaşinqtonun bu tip mövqe nümayiş etdirməsi birmənalı olaraq bölgədə sülhə və təhlükəsizliyə ciddi təhdid yaradır.
ABŞ rəsmiləri erməni lobbisinin təsiri altında hər nə qədər tarixi həqiqətləri görməzdən gəlsə də, azərbaycanlıların hal-hazırda Ermənistanın tərkibində olan əzəli torpaqlarından qovulması etnik təmizləmə və milli kimliyin məhv edilməsinin ən dəhşətli nümunələrindən biridir. Bütün tarixi faktlar, xəritələr və bölgənin toponimləri Qərbi Azərbaycan torpaqlarının məhz Azərbaycanlılara məxsus olduğunu təsdiq edir".
Deputat vurğulayıb ki, ötən müddət ərzində Ermənistan rəhbərliyi planlı şəkildə Azərbaycanlıların izlərini həmin torpaqlardan silməyə çalışsa da, buna müvəffəq ola bilməmişdir
"Çünki yurd sevgisi, vətən nisgili hər birimizin qəlbində yaşayır.Ermənistan tərəfindən soydaşlarımızın məruz qaldığı etnik təmizləmə siyasəti beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Bütöv bir xalqın yaşamaq hüququndan məhrum edilməsi, onların tarixi və mədəni irsinin məhvi dünya ictimaiyyəti tərəfindən qətiyyətlə pislənilməli və qarşısı alınmalıdır. Bütün beynəlxalq hüquq normaları mülki əhalinin zorla köçürülməsini qadağan edən Cenevrə konvensiyası, Ümümdünya İnsan Hüquqları Bəyannaməsi və BMT-nin deportasiya edilmiş şəxslərin geri qayıtması ilə bağlı qətnamələri Qərbi Azərbaycana qayıdış strategiyasının hüquqi bazasının olduğunu təsdiq edir.Belə olduğu təqdirdə ABŞ-ın ermənipərəst addımları dayanmadan gündəmə gətirdikləri demokratiya və azadlıq tezislərinə əsaslı şübhələr yaradır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2074 Tarix: 17 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Temperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr