"Gürcüstan cəmiyyətində xarici siyasətlə bağlı ciddi parçalanma var" - DEPUTAT
"Gürcüstanda parlament seçkilərinin ardınca prezident seçkilərinin də hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının inamlı qələbəsi ilə başa çatması Qərbin və Fransanın Gürcüstanda süni şəkildə hakimiyyət böhranı yaratmaqla Cənubi Qafqazda destabilizasiyaya nail olmaq planlarının iflasa uğradı".
Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki qərb faktiki olaraq Gürcüstan əhalisini şantaj etməklə məşğul idi:
"Avropa İttifaqının viza ilə bağlı məsələyə dair bəyanat verməsi, xalq parlament seçkilərinin yekunu olaraq müxalifətə səs verməsə, Aİ gürcü vətəndaşları üçün viza rejimi tətbiq edəcəyini elan etməsi, eləcə də Gürcüstana göstərilən yardımların kəsilməsi ilə bağlı verilən qərar da əlbəttə ki, seçkilərdən əvvəl cəmiyyətin əhvali-ruhiyyəsinə təsir etməyi hədəfləmişdi.
Son günlər baş verən hadisələr bir daha onu göstərdi ki, Gürcüstan cəmiyyətində də xarici siyasətlə bağlı ciddi parçalanma var. Belə ki, Gürcüstanın yeni hakimiyyəti əhaliyə ərazi bütövlüyü və işğal olunmuş ərazilərin qaytarılmasını vəd edir. Eyni zamanda, Avropa inteqrasiyasına yox demir. Ancaq Qərb xüsusilə Fransa gürcü cəmiyyətinə diktə edir ki, bu, Gürcüstanın yenidən Rusiyanın tabeçiliyinə qayıtmasıdır".
Deputat vurğulayıb ki, Cənubi Qafqaz regionu və Azərbaycan üçün sadiq Gürcüstan daha vacibdir:
"Buna görə Gürcüstanda siyasi vəziyyətin gərginləşməsi haqqlı olaraq region ölkələrini narahat edir. Bu amilləri nəzərə alaraq, bütün regionun diqqətinin Gürcüstana cəlb olunması da normaldır.
Düzdür, Fransa mediası aksiyaların hələ də şiddətlə davam etdiyini yazır, insanları bu aksiyalara cəlb etmək üçün təşviqat aparır . Köhnə çəkilişləri yenidən paylaşaraq izdiham effekti yaratmağa çalışır. Amma reallıq budur ki, epizodik halları nəzərə almasaq, Gürcüstanda nisbi sakitlik yaranıb. Ən əsası, parlament binası qarşısındakı aksiyalar səngiyib.
Reallıq budurki, həm Fransa, həm də Qərb Cənubi Qafqazı itirdi. Regiondakı əsas aktorlardan olan Azərbaycan və Gürcüstan bu qüvvələrin məqsədlərinə görə milli maraqlarını qurban vermədi və müstəqil xarici və daxili siyasətlərini davam etdirməkdə prinsipial mövqe nümayiş etdirdi".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
İki illik viza aldığı ölkədə 2 həftə qala bilmədi: "Burdakı kişilərdə problem var" - VİDEO