Bakıda iş adamının müəmmalı ölümü - Meyiti tapılanda qolunda şpris qalıbmış
Bir neçə gün öncə Bakıda evində meyiti tapılan "Aze Bilişim Finance" MMC-nin (AZEBİRJA) direktoru Ali Akşunun ölümü ilə bağlı maraqlı iddialar səsləndirilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı onun hüquqlarını müdafiə edən Rəhim Xoyski "Facebook" hesabında paylaşım edib.
Hüquqşünas onun ölümündən bir gün sonra xəbər tutduğunu bildirib:
"Ali Akşun ilə dekabrın 14-ü danışarkən mənə bir dəfə izlənilən 2-3 saniyəlik video göndərmişdi ki, ona sistem vurulur. Videoda kimsə görünmürdü. Sual verdim ki, sənə kim yardım edir? Demişdi ki, tibb bacısı gəlib. Sonuncu danışığım və cavabsız qalan mesajlarım isə gecə yarısı olub. Ayın 15-i günorta Ali Akşundan mesajlarıma hələ də cavab gəlmədiyi üçün onun kirayədə yaşadığı evinə getdim və qapını açan olmadı. Daha sonra evin sahibi və polislər vasitəsilə mənzilə daxil olduqda Ali Akşunu divanda uzanıqlı vəziyyətdə qolunda şpris qalmış formada ölü vəziyyətdə tapdım".
R.Xoyski bildirib ki, evə polislər və prokurorluq əməkdaşları ilə baxış keçirərkən, şprisdə olan dərmanın ampulasını tapa bilməyiblər:
"Sistemə aid dərman və digər vasitələr də evdə nə zibil yeşiyində (sadəcə tualetin zibil yeşiyində bir flakon dərman vasitəsi tapıldı), nə də mərhumun yanında tapıldı. İki vurulmuş şpris var idi, biri stolun üzərində qalmışdı, digəri isə qolunda. Qolundakı şprislə bağlı bildirim ki, onun hər hansısa narkotik vasitə olmadığı istintaq tərəfindən artıq anlaşılıb. Nə olduğu, hələ ekspertiza tərəfindən araşdırılır. Hazırda ölüm faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma davam edir, istintaqın gedişatı ilə bağlı ona təsir etməmək üçün daha detallı məlumatlar verə bilməyəcəyəm".
R.Xoyski bildirib ki, Ali Akşunun özü yox, şirkəti barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iki aya yaxın idi araşdırma gedirdi. Aparılan araşdırma fakta görə idi, Ali Akşun nə təqsirləndirilən, nə də şübhəli şəxs idi. Şirkətin sənədləri ilə bağlı aparılan araşdırmada hər hansısa nöqsan tapılmamışdı.
Qeyd edilir ki, bir müddət əvvəl kriptovalyuta alqı-satqısı ilə məşğul olan "Aze Bilişim Finance" MMC-nin fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başladılıb.
Onu da əlavə edək ki, mərhumun cənazəsi artıq vətəni Türkiyəyə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1646 Tarix: 22 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi
3 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabrTeatr və konsert müəssisələrinə 51,6 milyon manat ayrılacaq
2027-ci ildə teatr və kino sahələrinin inkişafı, Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliği və mədəniyyət tədbirlərinin təşkili üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılması nəzərdə tutulub. Axşam.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsind
4 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabr