Burun korreksiyasında ƏSAS NÜANSLAR – Dolğudan sonra burun çürüyə BİLƏR? - MÜSAHİBƏ

Burun korreksiyasında ƏSAS NÜANSLAR – Dolğudan sonra burun çürüyə BİLƏR? - MÜSAHİBƏSon illərdə estetik prosedurlar arasında ən çox diqqət çəkənlərdən biri də burun dolğusudur. Cərrahiyyə müdaxiləsi olmadan, sadə və effektiv bir şəkildə burunun forması dəyişdirilə bilər. Burun dolğusu, xüsusi maddələr ilə burunun daha estetik bir formaya salınmasını təmin edir və bu, həm kişilər, həm də qadınlar üçün mükəmməl bir seçimdir.

Burun korreksiyasında ƏSAS NÜANSLAR – Dolğudan sonra burun çürüyə BİLƏR? - MÜSAHİBƏBu yaxınlarda məşhur bloqerlərdən biri, təsadüfən əməliyyat zamanı burununda dolğu olduğu üçün daxildən çürüdüyünün aşkarlanmasını və onu həkimin düzəltdiyini açıqlayıb. Bu açıqlama, sosial mediada geniş müzakirələrə səbəb olub və bir çox insanı bu prosedurun təhlükəsizlik məsələləri haqqında düşündürüb.

Bəs, doğrudan da, buruna dolğu etdirərkən fəsadlar baş verə bilərmi?

Bütün bu suallarımızın cavabını isə həkim Estetik Kosmetologiya Mütəxəssisləri (EKM) İctimai Birliyinin İdarə Heyətinin üzvü, LBC estetik klinikasının həkim-kosmetoloqu Nigar Rüfət Yenicag.az-a müsahibəsində cavablandıracaq.

Burun korreksiyasında ƏSAS NÜANSLAR – Dolğudan sonra burun çürüyə BİLƏR? - MÜSAHİBƏBurun korreksiyası nədir və necə işləyir?

Burun korreksiyası cərrahi müdaxilə olmadan burunun daha estetik bir formaya gətirilməsi prosedurudur. Bu, xüsusi dolğu materialları,(yüksək konsentratlı, daha az su toplayan, tez əridilə bilən, liftinq verən),saplar və ya botox istifadə edilərək həyata keçirilir. Burun dolğusunun məqsədi burundakı kiçik deformasiyaları düzəltmək, burun əyriliklərini və relyefini bərpa etmək, burun ucunu liftinq edərək daha dik və estetik hala gətirmək və burun kəmərini vizual olaraq qısaltmaqdır.

Burun korreksiyasında ƏSAS NÜANSLAR – Dolğudan sonra burun çürüyə BİLƏR? - MÜSAHİBƏBurun korreksiyası ilə aşağıdakı problemlər aradan qaldırılır:

Burundakı əyrilik və çökəkliklərin hamarlanması: Burundakı kiçik əyriliklər və çökəkliklər dolğu ilə düzəldilir, daha bərabər və simmetrik bir görünüş əldə edilir.

Burundakı asimmetriyanın düzəldilməsi: Burunun hər iki tərəfi arasında uyğunsuzluq varsa, bu, dolğu materialları ilə bərabərləşdirilərək daha simmetrik bir forma əldə edilir.

Burunun vizual kiçildilməsi: Burun dolğusu burunun ölçüsünü vizual olaraq kiçiltməyə imkan verir, bu da daha nizamlı bir üz quruluşu yaratmağa kömək edir.

Burun ucunun dikləşdirilməsi: Burun ucunun forması, daha dik və estetik bir şəkildə düzəldilə bilər.

Estetik burun əməliyyatından sonra yaranan deformasiyaların düzəldilməsi: Burun əməliyyatlarından sonra meydana gələn kiçik deformasiyalar və bərpa problemləri dolğu ilə düzəldilə bilər.

Burunun vizual qısaldılması: Burun kəmərinin çox uzun olduğu hallarda, burunun daha qısa və balanslı görünməsi üçün dolğu ilə müdaxilə edilir.

Bu prosedur, minimal invaziv yanaşma təklif etdiyi üçün, əməliyyatdan çəkinən və daha az bərpa müddəti istəyən insanlar üçün ideal bir seçimdir.

Burun korreksiyasının tətbiqi nəticəsində burunun "çürüməsi" kimi bir vəziyyətin baş verməsi mümkündürmü? Hər hansı bir risk və ya komplikasiya yaranarsa, bu necə həll olunmalıdır?

Ümumiyyətlə, burun və digər üz bölgələrinə edilən doldurucu inyeksiyaların bəzi fəsadları və qorxulu hallar bunlar ola bilər:

Burun dolğusu və digər kosmetik prosedurların bəzi potensial riskləri vardır, bunlar arasında işemiya və emboliyaların baş verməsi mümkündür. Bu risklər, prosedurun düzgün icra edilməməsi və ya pasientin düzgün qayğı göstərməməsi nəticəsində ortaya çıxa bilər.

İşemiya, qan dövranının nəzərəçarpacaq dərəcədə azalması və ya tamamilə pozulmasıdır. Kosmetologiyada bu vəziyyət, dolğu materiallarının (xüsusən hialuron turşusu) damarları sıxaraq qan dövranını pozması nəticəsində meydana gəlir. Bu, toxumalarda oksigen çatışmazlığına və hipoksiyaya səbəb olur. Kontur plastikasından sonra, işemiyanın təsirləri dərhal görünə bilər: dolğu tətbiq olunan ərazidə dərinin ağarması, şişkinlik, qızarma, qaralma və bəzən irinli səpkilər və şiddətli ağrı ilə müşayiət olunan vəziyyətlər meydana gələ bilər.

Emboliya isə qan damarlarının dolğu ilə tıxanmasıdır. Bu, daha ciddi fəsadlara yol aça bilər, çünki qan axınına mane olan dolğu materialları toxuma nekrozuna səbəb ola bilər. Emboliya, dolğu yeridildikdən sonra müxtəlif mərhələlərdə özünü göstərir:

Dolğu yeridildikdən sonra 10 saniyəyə qədər: İnjeksiya sahəsində dərinin ağarması.
10 dəqiqə sonra: Dəri qırmızıdan mavi rəngə dəyişir (livedo).
Bir saat sonra: Dəri rəngi mavi və ya qaraya çevrilir və toxumalarda oksigenin sərf edilməsi nəticəsində metabolik fəaliyyət pozulur.

Bu halların qarşısını almaq üçün, dolğu və digər kosmetik prosedurlar zamanı düzgün texnika və yüksək təcrübə tələb olunur. Həkimlər, işemiya və emboliyanın ilk əlamətlərini aşkar etdikdə dərhal dolğunun tamamilə əridilməsi ilə müalicə etməli, uyğun protokollara əsaslanaraq müalicəyə başlamalıdırlar. Müalicədən sonra pasientdə heç bir narahatçılıq qalmır, toxumalar tam bərpa olur və sağalır. Əgər həkim nəzarəti olmazsa bu problem daha uzun çəkə bilər, burunda müəyyən çapıq izləri pasienti bir neçə müddət narahat edə bilər. Problemin bəzən öz özünə belə düzəlməyi mümkün olur, lakin fəsadların və izlərin qalmaması üçün həkim kosmetoloq öz işini mükəmməl bilməli və pasienti ilə yaxından maraqlanaraq müalicəni öz üzərinə götürməlidir.

Bu tip fəsadlar yalnız dolğu prosedurlarında deyil, əməliyyatlar zamanı da baş verə bilər. Əməliyyatlardan sonra çürümə prosesinin daha ağır nəticələnməsi mümkündür, çünki problem dərinin alt qatlarında yerləşir və müdaxilə etmək daha çətindir.

İnfeksiyalar də prosedurun təhlükəsizlik məsələlərindən biridir. Əgər steril şərait qorunmazsa, infeksiyalar baş verə bilər. Prosedurlar təmiz və steril mühitdə həyata keçirilməli və pasientlər prosedurdan sonra düzgün gigiyena qaydalarına əməl etməlidir.

Bu səbəbdən, proesedurlar təmiz və steril şəraitdə həyata keçirilməli, həmçinin prosedur sonrası qaydalara ciddi riayət edilməsi olduqca vacibdir.

Burun korreksiyasında ƏSAS NÜANSLAR – Dolğudan sonra burun çürüyə BİLƏR? - MÜSAHİBƏBurun korreksiyasının həyata keçirilməsi prosesində ağrı olurmu?

Prosedurdan əvvəl pasiyent lidokain kremi ilə keyidilir. Bu krem, tərkibindəki lidokain maddəsi sayəsində, prosedurun ağrısız və rahat bir şəkildə həyata keçirilməsinə kömək edir.

Burun korreksiyası ilə hansı dəyişiklikləri gözləyə bilərəm? Məsələn, burunun forması və ya ölçüsü necə dəyişir?

Burun korreksiyasında ƏSAS NÜANSLAR – Dolğudan sonra burun çürüyə BİLƏR? - MÜSAHİBƏBurun əvvəlki vəziyyətindən daha yığcam, formalı və vizual olaraq kiçik görünür. Lakin unutmaq lazımdır ki, bu bir əməliyyat deyil və hər burunda nəticələr fərqli ola bilər. Bəzi burun formalarına əməliyyat tətbiq etmək daha uyğun ola bilər. Hər burunda istədiyimiz nəticəni əldə etmək mümkün olmaya bilər. Müayinə zamanı mümkün dəyişiklikləri və nəticələrin əldə edilmə şansını müzakirə edirik və pasiyentlə birgə qərar veririk.

Əksər hallarda pasiyentlər prosedurdan çox məmnun qalır. Hətta bəzi hallarda, bir neçə uğursuz əməliyyatdan sonra yaranan deformasiyaları aradan qaldırdığımız üçün pasiyentlər otaqdan xoşbəxtlik göz yaşları ilə ayrılır.

Burun korreksiyasında ƏSAS NÜANSLAR – Dolğudan sonra burun çürüyə BİLƏR? - MÜSAHİBƏBurun dolğusundan sonra nəticələr dərhal görünürmü, yoxsa müəyyən bir zaman lazımdır?

Prosedurdan dərhal sonra nəticəni görmək mümkündür. Lakin tam nəticə 1 ay tamamında tam olaraq formalaşır. 2 ay sonra isə ikinci seans keçirilir və nəticənin qalıcı müddəti 1-2 il arasında olur.

Burun korreksiyasında ƏSAS NÜANSLAR – Dolğudan sonra burun çürüyə BİLƏR? - MÜSAHİBƏBurun dolğusunun nəticəsi təbii görünürmü, yoxsa süni bir görüntü yaranır?

Əməliyyat olmadığı üçün burun korreksiyasından sonra pasiyentin burnu sadəcə əvvəlki halından daha səliqəli və kiçik görünür. Bu isə onun daha təbii və natural görünməsini təmin edir.

Burun dolğusundan sonra əməliyyat etmək olarmı?

Əlbəttə, dolğudan sonra hər zaman əməliyyat etmək mümkündür. Lakin əməliyyatdan ən azı 1 həftə əvvəl pasiyent həmin dolğunu həkimə müraciət edərək əritməlidir ki, dolğu həkimin əməliyyatda müdaxiləsinə maneə törətməsin.

Burun korreksiyasında ƏSAS NÜANSLAR – Dolğudan sonra burun çürüyə BİLƏR? - MÜSAHİBƏÜmumiyyətlə, bütün təbii dolğular istənilən vaxt hialuronidaza ilə əritilə bilər. Əgər dolğu əritməzsə, əməliyyat zamanı cərrah dolğunu təmizləyərək onu aradan qaldıra bilər.

Son günlər danışılan mövzular isə cəfəngiyyatdır və sadəcə həkimin reklam niyyəti ilə diqqəti özünə cəlb etmək istəyidir. Burun çürüməsi üzdə özünü biruzə verir və müddət keçdikdən sonra nə daxildən, nə də xaricdən bu prosesin baş verməsi mümkün deyil. Reklamlara və hər deyilənə inanmayın.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 669   Tarix: 24 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu tarixdə QISA İŞ GÜNÜ OLACAQ - Respublikamızda

Azərbaycanda 25 iyun qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat qısaldılır. Bu səbəbdən 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq 25 iyun (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq.( )

14 iyun
.

Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Bu gün Azərbaycanda 2025-2026-cı tədris ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınır. xəbər verir ki, ənənəvi tədbir hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunmalıdır. Bu tədris ilində Azərbaycanda 116 550 şagird məzun olur. Onlardan 55 min 954 nəfəri qız

13 iyun
.

Yol polisindən sürücülərə növbəti müraciət

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınının əhəmiyyətli dərəcədə artdığını bildirib. xəbər verir ki, idarə bununla bağlı sürücülərə müraciət edib. "Hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarını

13 iyun
.

Bu şəxslər ucuz qiymətə ev ala biləcəklər - Yeni sistem

Azərbaycanda minlərlə insanın ən böyük arzularından biri ev sahibi olmaqdır. Lakin aşağı əməkhaqqı, mənzillərin yüksək qiyməti və ipoteka kreditlərinin ağır şərtləri bu arzunu reallaşdırmağı çətinləşdirir. Xüsusilə 600-800 manat maaş alan vətəndaşlar üçün həm ilkin ödənişi toplamaq, həm də aylıq kredi

14 iyun
.

İstirahət günü hava necə olacaq?

İyunun 14-nə olan hava məlumatı açıqlanıb. xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal

13 iyun
.

Bakı sakinləri TƏŞVİŞDƏ: Yayılan bu sirli həşərat nədir?

Son günlər Bakıda qəribə bir həşərat yayılıb. Dişlədikdən sonra həmin yer şişir, güclü qaşınma yaradır və daha sonra bədəndə allergik reaksiyalar əmələ gəlir. Belə hal özəlliklə, uşaqlarda müşahidə olunur. Bunun uçan qarışqa və ya birə olduğunu deyənlər var. Hətta iddialara görə, xəstəxanalara xeyl

14 iyun
.

Bolqarıstan Azərbaycan qazının idxalının artırılmasında maraqlıdır

Bolqarıstanın energetika naziri İva Petrova Azərbaycanın Sofiyadakı səfiri Elmar Məmmədovla Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bolqarıstana və regiona təbii qaz tədarükünü artırması potensialını müzakirə edib. Bu barədə "Report" Bolqarıstan Energetika Nazirliyinə istinadən xəbər verir

13 iyun
.

Cəbrayılda günəş elektrik stansiyası üçün ayrılan torpaq sahəsi artırılıb

Nazirlər Kabineti 2024-cü il oktyabrın 29-da qəbul etdiyi "Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında" qərara dəyişiklik edib. "Report" xəbər verir ki, bununla bağlı Baş nazi

14 iyun
.

Bitki yağları kəskin bahalaşdı - QİYMƏT

Azərbaycanda qida səbətinə ən çox daxil olan məhsullardan biri də bitki yağlarıdır ki, qiymətinin artması vətəndaşları narahat etməyə bilməz. Nəzərə alsaq ki, ölkəmiz bitki yağına olan tələbatını əsasən idxal hesabına ödəyir, dünya bazarındakı qiymət dəyişiklikləri daxili bazara birbaşa təsir göstərir

14 iyun