Tovuzda bir həftədə ikinci kütləvi zəhərlənmə - Yenilənib
Tovuz rayonunda yerləşən Tovuz Dövlət Peşə Təhsili Mərkəzində kütləvi zəhərlənmə hadisəsi baş verib.
TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.12.2024-cü il tarixində saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub.
"Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir", - TƏBİB-in məlumatında qeyd olunub.
***
Tovuz Dövlət Peşə Təhsil Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, təhsil mərkəzində tənəffüs zamanı, təxminən saat 14:00 radələrində bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, öz aralarında bölüb, yeyiblər:
"Yarım saat sonra bir tələbə qızın halı pisləşib, liseyin işçiləri dərhal TTY çağırıblar. Tələbə hospitalizasiya olunduqdan sonra, digər 7 tələbə də özünü pis hiss edib. Tələbələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, lazımi tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir".
Zəhərlənən şəxlər Hüseynzadə Leyla Tapdıq qızı, Omarova Aysun İlqar qızı, İsmayılova Türkan İsmayıl qızı, Əliyeva Nigar Bəxtiyar qızı, Əliyeva Nurcan Saleh qızı, Seyidova Nərmin Azər qızı, Şükürov Hüseyn Vüqar oğlu, Məmmədova Lamiyə Alı qızıdır.
Qeyd edək ki, bir neçə gün öncə də Tovuzda kütləvi zəhərlənmə hadisəsi olub. Belə ki, Tovuz rayonu, Aşağı Quşçu kəndi, 1 nömrəli tam orta məktəbdə tüstülənmə nəticəsində 71 nəfərin kütləvi zəhərlənməsi faktı qeydə alınıb.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1419 Tarix: 24 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrAğır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar
Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu
3 noyabrDəfn pulu da artırılır
Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin
4 noyabrİş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü
Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabr