"Əminəm ki, Azərbaycan üçüncü MDB oyunlarına uğurla ev sahibliyi edəcək" - DEPUTAT

"Əminəm ki, Azərbaycan üçüncü MDB oyunlarına uğurla ev sahibliyi edəcək" - DEPUTATCənab Prezident İlham Əliyevin ölkə idmanına və idmançılarına olan diqqəti və qayğısı Azərbaycanda idmanın bütün sahələrinin inkişaf etdirilməsində, yeni və möhtəşəm idman saraylarının inşasında, ayrı-ayrı idman növlərinə dövlət büdcəsindən maliyyə dəstəyinin ayrılmasında, həmçinin idmançı gənclərin inkişafı üçün hər cür şəraitin yaradılmasında özünü təcəssüm etdirir. Xüsusilə gənclərimizin idmana cəlb edilməsi, onların sağlam inkişafı, cəmiyyətə və dövlətə yararlı və layiqli vətəndaş kimi yetişdirilməsi Ölkə Başçısının qarşısına qoyduğu əsas məsələlərdən hesab olunur. Ölkəmizdə həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda, məşqçilər və digər idman mütəxəssisləri dövlət tərəfindən layiqincə qiymətləndirilir.

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı,Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, bu gün gənclərimizin fiziki gücə sahib olması, eyni zamanda cəmiyyətə faydalı və vətənpərvər ruhda yetişməsi həm ölkə başçısının, həm də xalqımızın illər ərzində çəkdikləri əziyyətin nəticəsidir:

"Belə bir əziyyətin nəticəsi olaraq biz, xalqının və gənclərinin gücünə söykənən qüdrətli dövlətimizin olmasını bütün dünyaya sübut etmişik.2024-cü il Azərbaycanın idman tarixi üçün uğurlu bir il olmuşdur. Belə ki, bu il Azərbaycan idmançıları bir çox beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmiş və ölkəyə 1700-ə yaxın müxtəlif medallar gətirmişlər. Bu sevindirici hal Azərbaycan idmanının inkişaf etməsinin və müxtəlif idman növlərində yeni nəsil güclü idmançıların yetişdirilməsinin nəticəsidir ki, bununla da ölkəmiz başqa sahələrdə olduğu kimi idman sahəsində də öz gücünü bir çox beynəlxalq yarışlarda təsdiq etmişdir.

Ölkəmiz üçün idman sferasında əsas diqqət çəkən məqamlardan biri odur ki, Azərbaycan idmançıları 2024-cü ilin ən böyük yarışı olan Yay Olimpiya Oyunlarında tarixi nəticə əldə etmişdir.
Çox sevindirici haldır ki, 2024-cü ilin Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər - qalib ölkə kimi, idmançılarımız isə qalib xalqın nümayəndələri kimi iştirak etmişlər. Məhz bu duyğunun özü belə idmançılarımıza yarışlarda qalib gəlmək üçün ruh yüksəkliyi verir. Bu səbəbdən də 2020-ci ildən bu günə kimi idmançılarımız xalqımızı öz qələbələri ilə daim sevindirmişlər".

Deputat vurğulayıb ki, Bakı şəhərində ən müasir idman infrastrukturları, idman kompleks və zalları inşa edilmiş və bu quruculuq işləri hələ də davam etdirilir:

"Ötən illərdə Bakıda mötəbər Avropa Oyunlarının, eləcə də İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə keçirilməsinin şahidi olmuşuq. Eyni zamanda ötən ay Bakıda təşkil olunmuş COP29 beynəlxalq iqlim konfransı da məhz möhtəşəm Olimpiya Stadionunda baş tutmuşdur. Bundan başqa, təkcə Bakıda yox, həmçinin ölkənin bir çox iri rayon və şəhərlərində də idmanın inkişafı məqsədilə müxtəlif komplekslər inşa edilmiş, fəal gənclər həmin komplekslərdən istifadəyə cəlb edilmişlər.

Sevindirici haldır ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə də bir çox infrastruktur layihələr ilə yanaşı, idman infrastrukturları da yaradılır. Hazırda Ağdam şəhərində müasir, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir, Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub, Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Həmçinin Şuşa şəhərində artıq bir neçə idman yarışları təşkil olunmuşdu.

Ötən il Xankəndidə keçirilən "Qarabağ" və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması - futbol oyununun çox böyük rəmzi mənası vardı. Bir vaxtlar separatizmin yuvasına çevrilmiş Qarabağ, xüsusilə Xankəndi bu gün öz doğma sakinlərinin-azərbaycanlıların ixtiyarındadır. Uzun illərdən sonra işğaldan azad edilən ərazilərdə ilk dəfə keçirilən tarixi futbol yarışının təşkil edilməsi mühüm əhəmiyyət daşımaqla yanaşı, həm də tarixi hadisə idi.

2025-ci ildə Azərbaycan növbəti böyük idman yarışına – Üçüncü MDB oyunlarına ev sahibliyi edəcək. Əminik ki, Azərbaycan bu beynəlxalq tədbirə də uğurla ev sahibliyi edəcəkdir.

Bu gün xalqımızın və gənclərimizin gücü, əzmi, iradəsi, Ölkə Başçısının qətiyyətli və uğurlu siyasəti nəticəsində Azərbaycan qüdrətli dövlətdir və bu güc 44 günlük müharibədə qazandığımız zəfərlə yanaşı gənclərimizin və idmançılarımızın da bir çox idman yarışlarında əldə etdikləri nailiyyətləri ilə öz təsdiqini tapır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1608   Tarix: 25 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr