"ABŞ-ın Azərbaycandakı səfirinin səsləndirdiyi fikirlər reallıqdan uzaq, əsassız iddialara köklənib" - Bəhruz Quliyev
"ABŞ-ın Azərbaycandakı səfiri özünün "X" sosial media hesabında Azərbaycanla bağlı insan hüquq və azadlıqları mövzusunda tənqidi fikirlər səsləndirməsi və ölkədə siyasi məhbusların olduğunu iddia etməsi sözsüz ki, ciddi qəbul edilmir və bu məsələyə dair Azərbaycan hökuməti də öz mövqeyini ifadə edib".
Bu sözləri Sonxeber.az-a danışan siyasi ekspert, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.
Bəhruz Quliyev qeyd edib ki, Azərbaycan dövləti beynəlxalq hüquq normalarına, insan hüquq və azadlıqlarının qorunmasına sadiqliyini dəfələrlə nümayiş etdirib:
"Ölkədə həyata keçirilən islahatlar, demokratik institutların gücləndirilməsi, həmçinin vətəndaşların hüquqlarının qorunmasına dair milli və beynəlxalq öhdəliklər bu istiqamətdə aparılan işlərin əsas göstəricisidir.
Xatırladım ki, səfirin açıqlaması təəssüf doğurur, çünki bu, reallıqdan uzaq, əsassız iddialara köklənib. Azərbaycanın insan hüquqları sahəsindəki vəziyyəti, həmçinin siyasi məhbus mövzusunda verilən məlumatların obyektiv araşdırılmadan ictimaiyyətə təqdim edilməsi, ikitərəfli münasibətlərə mənfi təsir göstərə bilər".
Bəhruz Quliyev vurğulayıb ki, Azərbaycan hökuməti bu cür açıqlamaların ədalətsiz olduğunu vurğulamaqla yanaşı, səfirdən obyektiv və qərəzsiz mövqe gözləyir:
"Həmçinin qeyd edim ki, insan hüquqları mövzusunda hər hansı tənqid və ya fikir ayrılığı dialoq vasitəsilə, qarşılıqlı hörmət prinsipi əsasında müzakirə olunmalıdır.
Məhz ona görə də, Azərbaycan tərəfi ABŞ səfirinə və ümumilikdə beynəlxalq ictimaiyyətə bir daha çağırış edir ki, ölkəmizə dair hər hansı bəyanat verərkən, real faktlara və obyektiv məlumatlara əsaslansınlar. Məncə Azərbaycanın insan hüquqları və demokratiya sahəsində əldə etdiyi nailiyyətləri inkar etmək əvəzinə, tərəflər arasında əməkdaşlığı və dialoqu gücləndirmək məqsədəuyğun olardı.
Eyni zamanda, Azərbaycan müstəqil, suveren dövlət olaraq öz daxili işlərinə özü cavabdehdir və beynəlxalq ictimaiyyətdən isə reallıqları düzgün təhlil etməyi tələb edir. Ölkəmiz hər zaman beynəlxalq əməkdaşlığa açıqdır, lakin bu əməkdaşlıq qarşılıqlı hörmət və qərəzsizlik prinsipləri əsasında olmalıdır."
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Qədim Şuşada gözəllik yaradılır
Bakıda avtomobil gözəllik salonuna girdi
Sabah hava necə olacaq?
Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Nuhun gəmisi sirri: Alimlər yanmış qalıqlar aşkar etdilər
Ramiz Mehdiyevin evindən çıxan müəmmalı sənəd: Qızı istintaqda nələri açıqladı?