"Ölümlə üz-üzə qalmasına baxmayaraq sərnişinləri sakitləşdirən bələdçi xanımın qəhrəmanlığı hər kəs üçün nümunə olmalıdır "- DEPUTAT

"Ölümlə üz-üzə qalmasına baxmayaraq sərnişinləri sakitləşdirən bələdçi xanımın qəhrəmanlığı hər kəs üçün nümunə olmalıdır "- DEPUTAT"Qazaxıstanın Aktau şəhəri yaxınlığında, Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması hər birimizi sarsıtdı. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, ailələrinə baş sağlığı verirəm, yaralılara tezliklə şəfa tapmasını arzulayıram. Hadisənin araşdırılması ilə bağlı Prezident İlham Əliyevin sərəncamına əsasən Dövlət Komissiyası yaradılmış, Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, aidiyyəti orqanların nümayəndələri hadisə yerinə ezam olunublar:

"Qəzadan sağ çıxanlar xəstəxanaya yerləşdirilmiş, vətəndaş sorğularının cavablandırılması üçün "Qaynar xətt" təşkil olunmuşdur. Cənab Prezident tərəfindən Baş Nazir Əli Əsədova həlak olan və xəsarət alanlara dövlət dəstəyinin göstərilməsi barədə tapşırıqlar verilib.Qəzanın baş vermə səbəbləri barədə, müxtəlif internet resurslarında həqiqətə uyğun olmayan məlumatlar yayılmaqdadır. Belə şayiələrin yayılması doğru deyil. Qeyd etdiyim kimi, hadisə yerində peşəkarlar araşdırma aparır. "Qara qutu" və təyyarənin qalıqları tam müayinə olunandan, şahidlərin ifadələri alınandan sonra sonra rəsmi mövqe ilə ictimaiyyət tanış olacaqdır. Yalan məlumatları yaymağa, baş vermiş faciədən məkrli məqsədlər üçün istifadə etməyə ehtiyac yoxdur.

İlkin olaraq, yayılan videogörüntülərə əsasən deyə bilərik ki, pilotlar, bütövlükdə ekipaj, sərnişinlərin xilas olması üçün əllərindən gələni etmişlər. Xüsusilə, son anda, ölüm təhlükəsi ilə üzləşdiyini bilərək, sərnişinləri sakitləşdirən bələdçi xanımın qəhrəmanlığını vurğulamaq istərdim. Belə bir Azərbaycanlı qadının qəhrəmanlığı hər kəs üçün nümunə olmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1496   Tarix: 26 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Miras üstündə mübahisə: Qanun vərəsələrin hüquqlarını necə qoruyur? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Vərəsəlik hüququ ilə bağlı mübahisələr əmlakın bölüşdürülməsi zamanı ən çox rast gəlinən hüquqi problemlərdən biri olaraq qalır. Miras qoyanın vəfatından sonra ev, torpaq və digər əmlakın vərəsələr arasında necə bölünməsi, vəsiyyətnamənin hüquqi qüvvəsi, eləcə də bir neçə şəxsin eyni əmlaka iddia etməs

4 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Dəfn pulu da artırılır

Dəfn üçün ödənilən məbləğin artımı gözlənilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksin

4 noyabr
.

İş yoldaşına borc verdi, pulunu istəyəndə döyüldü

Hacıqabulda kişi borc verdiyi iş yoldaşı tərəfindən döyülüb. -a istinadən xəbər verir ki, hadisə rayonun Muğan qəsəbəsində baş verib. Qəsəbə sakini olan Mahir tikintidə usta və fəhləliklə məşğul olub. O, qonşusu Akiflə birlikdə işləyib. Bir müddət əvvəl Akif Mahirdən borc pul istəyib və bir neçə gün

4 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

İrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq

İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand

3 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr