Maaşlar nə qədər artırılıb? - Nazirlik AÇIQLADI
"19 pillədən ibarət yeni Cədvəlin pillələri üzrə maaşlar 16 faizədək artırılıb. Cədvəlin ilk pilləsi üzrə əməkhaqqı 345 manatdan 400 manata çatdırılmaqla digər pillələrdə də maaşlar artımlarla əksini tapıb".
Sonxeber.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilib.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının 2025-ci il yanvarın 1-dən 400 manata çatdırılması ilə əlaqədar Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin tarif (vəzifə) maaşlarının da həmin Sərəncama uyğunlaşdırılması üçün onların əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəlini təsdiq edib:
"Əmək haqları Vahid Tarif Cədvəli əsasında tənzimlənən işçilər sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlardır.
Həmçinin dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri, idman sahəsində seleksiya üzrə baş mütəxəssislərin maaşları yeni artımlarla təsdiqlənib.
Xatırladaq ki, dövlət başçısının yeni Sərəncamı ilə gələn ildən icra olunacaq növbəti sosial islahat paketi ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan Özbəkistandan arı tədarükünü bərpa edib
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 326,2 min ABŞ dolları dəyərində 68 272 ədəd arı idxal edib. -ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 54 %, kəmiyyət olaraq - 9 % çoxdur. Hesabat dövründ
3 sentyabrAzərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35%-dən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Rumıniyaya 924 min 913,09 ton xam neft ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz və ya 146 min 297,55 ton artım deməkdir. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. İxrac olunan xam neftin dəyəri 581 milyo
21 sentyabrBrent markalı neftin qiyməti artaraq 97,91 dollar/barel təşkil edib
Neft qiymətləri Yaxın Şərqdəki uzunmüddətli münaqişə ilə bağlı artan narahatlıqlar fonunda yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,91 dollar (0,94%) çox, 97,91 dollar/barel təşki
8 sentyabrAzərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili
11 sentyabrAzərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb
Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu
15 sentyabrBrent markalı neftin qiyməti bir barel üçün 102 dollara düşdü
Neft qiymətləri düşür və bu, bu həftənin ABŞ ilə İran arasındakı münaqişənin diplomatik yolla həlli istiqamətində səyləri bərpa etmək üçün fürsət yarada biləcəyi gözləntiləri ilə əlaqədardır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri 1,8
21 sentyabrAzərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir
8 sentyabr