Ukraynada onun adına təqaüd təsis ediləcək
Ukraynada Azərbaycanın Milli Qəhrəmanı, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin pilotlarından biri Aleksandr Kalyaninovun adına təqaüd təsis ediləcək.
Axşam.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev feysbuk hesabında yazıb.
Diplomatın sözlərinə görə, pilotun adına azərbaycanlılar üçün təqaüd təsis ediləcək:
"Azərbaycanlılarının Birləşmiş Diasporu Ukrayna Dövlət Uçuş Akademiyası və Azərbaycan Respublikasındakı Ukrayna səfirliyi ilə birlikdə Kropivnitskidəki Uçuş Akademiyasında təhsil alacaq gələcək azərbaycanlı pilotlar üçün Aleksandr Kalyaninov adına ayrıca təqaüd təsis etmək imkanını da nəzərdən keçirir".
Qeyd edək ki, bundan əvvəl də sözügedən Akademiyanın sinif otaqlarından birinə Aleksandr Kalyaninovun adının veriləcəyi bildirilmişdi.
Xatırladaq ki, AZAL-a məxsus "Embraer 190" tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Nikah yaşına çatmayan qızla 31 yaşlı şəxsin toyunun qarşısı alındı
Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
İki illik viza aldığı ölkədə 2 həftə qala bilmədi: "Burdakı kişilərdə problem var" - VİDEO