"Azərbaycan Cənubi Qafqazın lider dövləti regionda yeni geosiyasi konfiqurasiya formalaşdırıb" - DEPUTAT

"Azərbaycan Cənubi Qafqazın lider dövləti regionda yeni geosiyasi konfiqurasiya formalaşdırıb" - DEPUTAT44 günlük Vətən Müharibəsi dövlətçilik tariximizin ən şanlı səhifələrindən biridir.Azərbaycan torpaqlarının 20%-ni işğal edən Ermənistanla 30 ilə yaxın müddətdə danışıqlar apararaq münaqişənin sülh yolu ilə həllinə çalışdı. ATƏT-in Minsk qrupu fonunda beynəlxalq təşkilatların da iştirakı ilə aparılan danışıqlar prosesi heç bir nəticə vermədi, əksinə, rəsmi İrəvan vaxt qazanmağa hesablanmış addımlarla mövcud status-kvonu möhkəmləndirmək, daimi etmək səylərini daha da artırdı. Belə olduğu təqdirdə müharibə qaçınılmaz idi. Ölkəmiz işğalla barışa bilməzdi. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan ordusunun növbəti hərbi təxribatına qarşı başlayan və 44 gün davam edən "Dəmir Yumruq" əməliyyatı 10 noyabrda Ermənistanın məğlubiyyətini rəsmiləşdirən kapituliyasiya aktının imzalanması ilə başa çatdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimiz düşmən üzərində parlaq Zəfər qazanmaqla xalqımızın 30 illik vətən həsrətinə son qoydu, qürurumuzu bərpa etdi. Ölkə rəhbərimizin düşünülmüş strategiyası, qətiyyəti və sarsılmaz siyasi iradəsi nəticəsində xalq-ordu və Ali Baş Komandanın vəhdəti qələbənin təminatçısı oldu".

Şanlı Azərbaycan ordusunun gücü qarşısında müqavimət göstərməkdə aciz qalan düşmən dinc əhalini hədəf almaqla müharibə cinayətləri törətdi.Təmas xəttinə yaxın və ondan uzaqda yerləşən rayon, şəhər və kəndlərimiz- Mingəçevir, Gəncə, Bərdə, Tərtər, Füzuli, Ağdam, Ağcabədi və sairə ballistik raketlərlə, kasetli və fosforlu mərmilərlə atəşə tutuldu. Hərbi əməliyyatlar zamanı 100-ə yaxın mülki vətəndaşlarımız erməni terrorunun qurbanı oldu, 400-dən çox mülki vətəndaşlarımız yaralandı. Bununla yanaşı 5000-dən çox evə, dövlət müəssisələrinə ciddi ziyan vuruldu.

Müharibə dövründə hərbi əməliyyatlar zonasından kənar yaşayış massivlərinin atəşə tutulması və bunun nəticəsində mülki şəxslərin həyatını itirməsi müharibə cinayətdir. Rəsmi İrəvan Cenevrə Konvensiyanın tələblərini kobud şəkildə pozaraq işğalçı kimliyini bir daha sübut etdi.
Ermənistan hərbi-siyasi rəhbərliyi daxili auditoriya qarşısında uğursuzluqlarının kompensasiya etmək məqsədi ilə planlı şəkildə Azərbaycana qarşı müharibə cinayətlərinə imza atdı və rəsmi Bakı bu tip bütün faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Artıq tarixi qələbəmizdən 5 il ötür. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq hərbi, siyasi və iqtisadi gücü ilə regionda yeni geosiyasi konfiqurasiya formalaşdırıb. Dövlət rəhbərimizin diqqət və qayğısı sayəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, bölgədə həyat canlanır və hər birimiz illərdir həsrətində olduğumuz "Böyük Qayıdışa" şahidlik edirik.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 933   Tarix: 07 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr