"Makron regionda suları yenidən bulandırmaqla özünün itmiş nüfuzunu Cənubi Qafqaz üzərindən bərpa etməyə çalışır" - DEPUTAT

"Makron regionda suları yenidən bulandırmaqla özünün itmiş nüfuzunu Cənubi Qafqaz üzərindən bərpa etməyə çalışır" - DEPUTAT"6 yanvar 2025-ci ildə Fransa prezidenti Emmanuel Makronun səfirlər konfransında çıxışı zamanı Azərbaycanla bağlı səsləndirdiyi fikirləri ölkəmizə qarşı olan düşmən baxışlarının bir daha ifadəsidir. Çünki, Makron Ermənistana münasibətdə Rusiya müttəfiqlik münasibətlərində dəyişiklik edərək Azərbaycanın fəaliyyətini dəstəklədiyini qeyd edib. Makron çox yaxşı bilir ki, 44 günlük müharibə Azərbaycanın suveren ərazilərində aparılmışdır və heç bir ölkə gəlib torpaqlarımızda bizə qarşı müharibə apara bilməzdi. Əgər belə olsaydı bu hərbi təcavüz sayılardı. Ona görə də Ermənistana onun müttəfiqləri hərbi sursat dəstəyi göstərsə də döyüş meydanında gəlib ordumuzla üz-üzə dayanıb vuruşmadılar".

Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, Makronun yanvarın 6-da keçirilən konfransda səsləndirdiyi fikirlər absurddur və Ermənistanda Rusiyanı gözdən salmasına hesablanmışdır:

"Makron digər fikrində Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qaldığını qeyd edir. Amma Makron başa düşmür ki, güc hesabına beynəlxalq hüquqda haqlı tərəf olmaq olmaz. Dənizaşırı ölkələrin azad yaşamaq istəmələri onların təməl hüquqlarıdır. Makron dənizaşırı ölkələrdəki uğursuz siyasətinin günahını Azərbaycanın üzərinə atmaqla özü yaxasını kənara çəkməyə çalışır. Burda Azərbaycanın heç bir rolu yoxdur. Eləcə də Kanaklar. Kanakların Fransa əsarətindən azad olmasına çalışması normaldır. Azərbaycan sadəcə beynəlxalq ictimaiyyətin bir üzvü olaraq dünyada hüquq normaların və ədalətin bərpa olunmasını həmişə açıq şəkildə dəstəklədiyini bəyan edir. Burda bizim yeganə istəyimiz beynəlxalq hüquq normalara riayət olunmasını və ədalətin dəstəklənməsidir. Amma təəssüf ki, Makron beynəlxalq hüquq və normaları ancaq silah da. Ona görə də Ermənistanı öldürücü silahlarla silahlandırırmaqla regiona sülhün gəlməsinə mane olmağına çalışır".

Deputat vurğulayıb ki, əgər Fransa sülhü dəstəkləyən ədalətli ölkə olsaydı 30 il torpaqlarımız işğal altında olanda, 1 milyondan çox soydaşımız öz yurdlarından qaçqın və köçkün salınanda , xalqımıza qarşı soyqırımlar törədiləndə Ermənistana qarşı hər hansı bir qərar qəbul edərdi və ya da bir çağırış olunardı:

"Təəssüf ki, Fransada ədaləti dəstəkləyən belə bir hərəkəti heç vaxt görmədik. İndi isə Azərbaycan öz ərazilərində suverenliyini bərpa edərək keçmiş məcburi köçkünləri öz doğma yurdlarına qaytarmaqla bölgəyə sülhün gəlməsinə çalışanda Makron regionda suları yenidən bulandırmaqla özünün itmiş nüfuzunu Cənubi Qafqaz üzərində çirkin planlar qurmaqla bərpa etməyə çalışır. Amma Makrona onun çirkin planları kömək etməyəcək. Fransanın özündə respondentlərin 60%-i Makrona etimadını itirdiyini qeyd edirlər. Bu baxımdan Makron anti-Azərbaycan açıqlamalar vermək, Ermənistanı silahlandırmaq əvəzinə ədalətli mövqeyə keçsə gələcəkdə heç olmasa bir düzgün yanaşma etmiş dövlət başçısı kimi tarixə düşə bilər. Təbii ki , onun hakimiyyətinin bitməsinə o qədər də çox qalmayıb. Zamanı gələndə o da Fransanın ən bacarıqsız prezidenti kimi tarixin arxivinə qovuşacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 856   Tarix: 07 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr