"ALİ TƏHSİLLİ QIZIMA XADİMƏ İŞİ TƏKLİF OLUNUR" – Yevlax sakini Dövlət Məşğulluq Agentliyindən şikayətçidir
Yevlax rayon sakini Yusibov Sadiq Binnət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, qızı 2010-2018-ci illərdə Mingəçevir Dövlət Universitetinin həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomu ilə bitirsə də, indiyədək iş tapa bilmir:
"Mən, Yusibov Sadiq Binnət oğlu, yazaraq bildirirəm ki, bir çoxları kimi, işsizlik mənim də böyük problemlərimdən biridir. Qeyd edim ki, qızım 2010-2018-ci illərdə Mingəçevir Dövlət Universitetinin həm bakalavr, həm də magistr pilləsini fərqlənmə diplomu ilə bitirmiş və oxuduğu illərdə H.Əliyev təqaüdünə layiq görülmüşdür. Hətta Dövlət qulluğuna qəbul imtahanından da müvəffəqiyyətlə keçərək, sertifikat almışdır. Lakin qızım bu günə qədərdə işsizdir. Ailəlidir, 1 uşağı da var. Hazırda Qəbələ şəhərində kirayədə yaşayırlar.
Kütləvi informasiya vasitələri mütəmadi olaraq gənclərə Dövlət qayğısından ağızdolusu danışırlar. Bir Azərbaycan vətəndaşı olaraq, rəsmi qurumlara sual ünvanlayıram: mənim övladım daha hansı nailiyyətlər əldə etməlidir ki, bu qayğıdan yararlana bilsin.
Hazırda oxuyan da işsizdir, oxumayan da. Məşğulluq Agentliyindən isə xadimə işi təklif olunur. Bu da bizim çətinliyimizdir.
İş təcrübəsinin olması üçün hansısa qurum gənclərə şans verməlidir. Əgər səhvəmsə bildirin, mən də səhvimi başa düşüm.
Ölkədə işsizlik baş alıb gedir. Oxumuş da xadimə işinə dəvət olunsun, oxumamış adam da. Bu, nə qədər doğru bir addımdır? Xahiş edirəm, işə götürənlər belə savadlı kadrlara şans versin"./Hurriyyet.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1030 Tarix: 08 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021