Söküntüyə etiraz olaraq intihara cəhd etdi - Yenilənib - Video
Paytaxtın Nərimanov rayonunda evinin sökülməsinə etiraz edən qadın intihara cəhd edib.
Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Fətəli xan Xoyski və Faiq Yusifov küçələrinin kəsişməsində baş verib.
Belə ki, Ülkər Abbasovanın evinin sökülməsinə razı olmasa da, icra nümayəndələrinin söküntü işləri apardıqları bildirilib. O qeyd edib ki, söküntü dayandırılmasa, özünü atacaq.
Bildirilir ki, intihara cəhd edən şəxs tikinti işləri aparan "Gold məkan" MTK şirkəti ilə qiymət məsələsində anlaşmayıb.
Əraziyə cəlb olunan polis və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onunla söhbət aparıblar və xanım tikilidən düşürülüb.
***
"Gold məkan" MTK-dan "Qafqazinfo"ya bildirilib ki, tikinti ərazisindəki sakinlərlə qarşılıqlı razılaşma əldə olunaraq müvəqqəti kirayəhaqları ödənilməklə və yeni mənzillə təmin edilməklə köçürülmə işləri aparılıb: "Adıçəkilən sakin isə şirkət tərəfindən təklif olunan şərtlərlə razılaşmadığı üçün belə bir hal baş verib. Hazırda həmin sakinlə qarşılıqlı razılıq əldə olunub".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1329 Tarix: 08 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tovuza dolu düşüb - VİDEO
Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl
17 sentyabr 2021Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021