Ermənistan sülh gündəliyinə süni maneələr yaratmağa çalışır
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə zamanı Ermənistanın silahlanması məsələsinə toxunub.
Ermənistanın silahlanması məsələsi, prezidentin müsahibəsində mütləq diqqəti çəkib və ölkənin təhlükəsizliyini təmin etmək üçün atdığı addımları, həmçinin regional təhlükəsizlik şəraitində və qonşu ölkələrlə münasibətlərdə silahlanma siyasətinin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev: "Vətən müharibəsi, Azərbaycan ilə Ermənistan arasında şərti sərhədin müəyyən dərəcədə dəqiqləşdirilməsi, antiterror əməliyyatı və Qazax rayonunun dörd kəndinin keçən il qaytarılması məsələsini bildirdi. Onlardan biri hələ Sovet İttifaqı dövründə, 1990-cı ildə işğal olunmuşdu, digər üçü 1992-ci ilin yazında işğal edilmişdi. Beləliklə, ötən ilin fevralında Münxendə Ermənistanın baş naziri ilə görüşdə bu məsələ monoloq şəklində qoyulmasını və beləliklə, təkcə delimitasiya üzrə deyil, həm də sərhədin demarkasiyası işində yaxşı ilk addım idi. Lakin buna baxmayaraq, Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Bu barədə Ermənistan rəhbərliyinə dəfələrlə bildirilmişdir ki, bu, yeni təhlükə yarada bilər".
Azərbaycanın sülh müqaviləsi üzrə təkliflər paketinə Ermənistan XİN-in cavabının 2 aydan çox gecikdirilməsi, Ermənistanın sülh danışıqlarını Rusiyanın iştirakı olmadan, Avropadakı platformalarda üçüncü ölkələrin iştirakı ilə aparılması və s. istəkləri prosesdə tormozlayıcı effekt yaratdı.
Göründüyü kimi, sülh və regional sabitlikdən danışan Ermənistan sülh müqaviləsinin imzalanmasını süni şəkildə ləngidir və sürətlə hərbləşməyə gedir. Baş nazir Paşinyanın da bildirdiyi kimi, ölkəsinin ciddi hərbləşmə siyasəti apardığını, son illərdə bir neçə milyard dollarlıq silah tədarükü müqavilələri imzalandığını, hərbi sənayeni inkişaf etdirdiyini nəzərə alaraq, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır. Bu kimi qərəzli bəyanatlar bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdir.
Beləliklə, xarici himayədarlarının təsiri altında revanşizmə meyllənən Ermənistan danışıqları faktiki olaraq sabotaj etməyə və sülh gündəliyinə süni maneələr yaratmağa çalışır. Paşinyan hakimiyyətinin bu siyasətini davam etdirməsi nəinki Ermənistanı əbədi dalanda saxlayacaq, həm də ona artıq təsirindən çıxmağa başladığı dəmir yumruğun gücünü yenidən görməsinə səbəb ola bilər.
Şahin Seyidzadə
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 926 Tarix: 09 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr