"Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində gələcəkdəki hədəflər barədə də məlumat verdi" - Emil Əkbərov

"Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində gələcəkdəki hədəflər barədə də məlumat verdi" - Emil Əkbərov"Cənab Prezident İlham Əliyev bir neçə gün öncə yerli televiziya kanallarına verdiyi müsahibəsində ictimaiyyət maraqlandıran əsas məsələlər barədə geniş məlumat verdi".

Bunu Sonxeber.az-a dalaşan "BİG Media" MMC-nin direktoru Emil Əkbərov bildirib.

Emil Əkbərov qeyd edib ki, cənab Prezident İlham Əliyev son müsahibəsini həm də gələcəkdəki hədəflər barədə məlumat verdi:

"Keçən il Azərbaycan iqtisadiyyatı kifayət qədər inkişaf etmişdir. Bugünkü dünyanın mənzərəsinə nəzər salsaq ölkəmizdəki inkişaf templəri müsbət qiymətləndirmək olar. Azərbaycanda ümumi daxili məhsul 4 faizdən çox artıb. Əslində, bizim üçün əsas göstərici qeyri-neft sektorunun inkişafıdır. Ölkəmizdə qeyri-neft sektoru 6 faizdən çox artıb.
Dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etməkdədir. Əlbəttə ki, bunun təməlində cənab Prezident İlham Əliyevin düşünülmüş uğurlu siyasəti dayanır.

Dövlət başçısının apardığı uğurlu islahatlar nəticəsində ölkəmizdə bütün sahələr inkişaf etməkdədir. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində biz beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Mövcud vəziyyətə nəzər salsaq görərik ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik.

2024-cü il ölkəmiz üçün uğurlu il oldu. Keçən il bir çoxlu sayda sosial proqramlar icra edilsə də, Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olunsa da maliyyə vəziyyətimiz də kifayət qədər yaxşılaşma oldu. Optimallaşmanı elə təşkil etmişik ki, valyuta ehtiyatlarımız daha da artdı. 2024-cü ildə valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb. Əhalisi 10 milyon olan ölkə üçün 72 milyard dollar kifayət qədər çox böyük göstəricidir. Hətta deyərdim ki, bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır".

Emil Əkbərov söyləyib ki, cənab Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar və fərmanların əsas məqsədi vətəndaşların ildən-ilə daha yaxşı yaşamasını təmin etməkdir:

Bilirsiniz ki, yanvarın birindən minimum əməkhaqqı 55 manat artırılaraq 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin əsas mahiyyətini göstərir. Son bir neçə il ərzində dörd sosial paket həyata keçirildi və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərcləndi. Bundan sonra da sosial və iqtisadi inkişaf yanbayan gedəcək. İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik".

Emil Əkbərov vurğulayıb ki, ötən il keçirilən COP29 böyük bir çağırış olmaqla yanaşı həm də ölkəmiz üçün böyük imkan idi:

Azərbaycan cənab prezident İlham Əliyevin rəhbərliyi ilə bu çağırışı ölkəmiz üçün böyük uğura çevirə bildi.
Həmçinin, bilirsiniz ki, biz 4 il ərzində Qoşulmama Hərəkatında sədrlik etmişik. Bu, böyük uğur idi və üzv dövlətlərin yekdil qərarı ilə bizim sədrliyimiz daha bir il uzadıldı. Eyni zamanda, Avropa siyasətində fəal iştirak edən bir ölkə kimi Azərbaycan Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb və qəbul edib. Biz hesab etdik ki, bu iş uğurla nəticələnə bilər.

Təəssüf ki, ölkəmizə qarşı başladılan qarayaxma kampaniyası COP29 ərəfəsində daha da artırdı. Hətta COP29-u siyasi motivlər səbəbindən boykot etmək cəhdləri də var idi. Bu ölkəmiz üçün gözlənilməz olmadı. Çünki Azərbaycan hər zaman qərbin iki münasibətin şahidi olub. Bütün təxribatlara baxmayaraq biz bunun da öhdəsindən uğurla gələ gələ bildik. Boykot uğursuz oldu. Baxmayaraq ki, bəzi ölkələr, xüsusilə də Fransa əlindən gələni edirdi ki, tədbiri gözdən salsın. Həmkarlarımdan aldığım məlumata görə, Fransa prezidenti şəxsən onlara zəng edərək Bakıya getməməyi tövsiyə edirmiş. Yəni, liderlərin buraya səfər etmələrinin qarşısını almaq üçün hətta belə vasitəyə də əl atılmışdır. Lakin bu da uğursuz oldu. Səksən dövlət və hökumət başçısı Bakıya səfərə gəldi və bu, bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi.

Avropa Komissiyasının Prezidentinin iştirak etməməsinə gəldikdə, bildiyimə görə bu, Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi.
COP29-un təşkilat komitəsi Avropa Komissiyası ilə təmas qurdu və qarşı tərəfə bildirdi ki, COP iki həftə ərzində keçirilir və səfər etmək üçün kifayət qədər vaxt var. Yeri gəlmişkən, BMT-nin Baş katibi iki dəfə səfər etdi - tədbirin açılışında və bağlanışında. Ancaq yenə də bu mesaja Avropa Komissiyası tərəfindən əhəmiyyət verilmədi. Əlbəttə bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur. Buna baxmayaraq, təşkilatçılıq baxımından bu, həqiqətən də uğur hekayəsi oldu. Mən bunu bir dəfə qeyd etmişəm ki, bizim cəmi 10 şikayətimiz var idi və onlar dərhal həll edildi;

Növbəti uğur Azərbaycanın D-8 təşkilatına qəbul edilməsidir. Azərbaycanın D-8-ə üzv olması ölkəmizin nüfuzunu bir daha göstərdi. Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 934   Tarix: 09 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr