Yeznəsini bacısını incitdiyi üçün öldürmüşdü - Cəzadan azad edildi
Bacısının ərini xüsusi amansızlıqla öldürməkdə ittiham edilən 27 yaşlı Əkbər Vəliyev cəzadan azad edilib.
"Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi işlə hərtərəfli tanış olduqdan sonra belə qərar qəbul edib.
Bu hadisə 2023-cü ilin yayında Sumqayıt şəhərində baş verib. Əkbər onunla eyni yaşlı yeznəsi Arif Muxtarovu bir neçə bıçaq zərbəsi ilə öldürüb. İstintaq materiallarında yazır ki, Arif yalvararaq onu uşaqlarına bağışlamasını istəsə də, yeznəsi ona rəhm etməyib.
Əkbər həbs edilsə də, ekspertlər onun cinayət törədərkən anlaqsız vəziyyətdə olduğu barədə rəylər veriblər. Məhkəmə müttəhimi fəaliyyət qabiliyyətsiz elan edib.
Qeyd edilən səbəbdən Əkbər məhkəmədə ifadə verməyib. Hakim Nurəddin Hüseynli onun həbs edilən zaman müstəntiqə verdiyi ifadəsini elan edib. O, həmin ifadəsində özünü tam təqsirli bilib. Yeznəsini öldürməyinin səbəbinin bacısını mütəmadi olaraq incitməsi olduğunu deyib: "İki il əvvəl bacımla evlənmişdi. Amma bilirdim ki, onu incidir. Buna baxmayaraq, qorxusundan bizə nə isə demirdi. Hadisədən bir qədər əvvəl bacım etiraf edib, amma ailəsinin dağılmaması üçün xahiş edib ki, heç kimə, heç nə deməyək".
Əkbər hadisə günü Arifi çay içmək üçün restoranlardan birinə çağırıb. Cinayəti də restoranın yanında törədib. Təqsirləndirilən şəxs yeznəsinə bir-iki bıçaq vursa da, ölmədiyini görüb. Arif qan içində qaçmağa çalışıb. Fikri qəti olan Əkbər onu yenidən yerə yıxıb, bir neçə dəfə də bıçaqla vurub.
Hakim bütün tərəfləri dinlədikdən sonra ekspert rəylərini və prokurorun təklifini əsaslı hesab edib.
Qərara əsasən, Əkbər anlaqsız vəziyyətdə adam öldürdüyündən cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, hökm qanuni qüvvəyə minənə kimi Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1294 Tarix: 09 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr