Lotereyalar bu məqsədlə istifadə olunurmuş?! — FOTO

Lotereyalar bu məqsədlə istifadə olunurmuş?! — FOTOKiçik bir biletlə reallaşan böyük xəyallar… Lotereya sadəcə oyun olmaqla qalmır, bəzən də insanın arzularını, cəsarətini və hətta taleyini dəyişən vasitəyə çevrilir. Bəs bu oyunun tarixi, keçmişdən bu günə inkişaf yolu və cəmiyyətə təsirləri barədə nələri bilirik?

Lotereya nədir?

Niderland mənşəli lotereya sözü 15-ci əsrdən istifadə olunmağa başlayıb. Sözün kökü "lot" - "şans", "pay", "hissə" mənalarında işlənir. İlk vaxtlarda təsadüf və ya taleyi ilə bir şeyə qərar vermək üsuluna istinad etsə də, zamanla şans əsasında mükafat qazanılan kütləvi oyuna çevrilib.

Qədim dünyada lotereya

Lotereyanın tarixinə gəlincə, ilkin formaları qədim Roma və Çində tətbiq edilib. İlk lotereya tipli oyunun eramızdan əvvəl 100-cü ildə Çində Xan sülaləsi tərəfindən təşkil edildiyi bilinir. Qədim Çin sivilizasiyasında "Keno" adlanan oxşar oyun formaları köhnə şaolin yazılarında qeyd olunur. Tarixi salnamələrə görə, qədim Romada da Yuli Sezar tərəfindən müxtəlif lotereyalar təşkil edilib. Lotereyalardan əldə edilən vəsaitlər yolların, körpülərin və binaların təmirinə sərf olunub.

Lotereyalar bu məqsədlə istifadə olunurmuş?! — FOTOİlk lotereya oyunu – KENO

"Keno" lotereyasının tarixinin qədim Çində, təxminən 2000 il əvvəl qoyulduğu iddia olunur. Əfsanəyə görə, "Keno" ilk dəfə müharibələr zamanı maliyyə dəstəyini təmin etmək üçün yaradılıb. "Ağ göyərçin" (Baige Piao) adı ilə tanınan oyunun gəlirləri Böyük Çin Səddi kimi layihələrdə istifadə edilib.

19-cu əsrdə Çindən ABŞ-a, daha sonra Avropaya yayılan oyunda Çin simvolları rəqəmlərlə əvəz olunub. Hazırda bir çox ölkələrdə populyar olan "Keno"da oyunçular müəyyən sayda rəqəm seçir və bu rəqəmlərin tirajla uyğun olub-olmadığını yoxlayırlar.

Lotereyalar bu məqsədlə istifadə olunurmuş?! — FOTOAvropada ilk lotereya oyunları

Avropada lotereya oyunlarının keçirilməsi 15-ci əsrə təsadüf edir. İlk rəsmi lotereya tirajı 1466-cı ilin 24 fevralında Belçikanın Brügge şəhərində baş tutub. Flamand rəssamı Yan Van Eykin ölümünün 25-ci il dönümü ilə bağlı həyat yoldaşı lotereya keçirib. Bu addım imkansız insanlara kömək məqsədilə keçirilsə də, lotereyanın qalibləri müxtəlif pul uduşları qazanıblar.

İtaliyanın Florensiya şəhərində isə 1530-cu ildə "De Lotto De Firenze" adlı lotereya keçirilib. Bu lotereyada pul uduşları rəsmi olaraq valyuta ilə ödənilib. Bundan sonra bu lotereya İtaliyanın bütün iri şəhərlərində keçirilməyə başlayıb.

1539-cu ildə Fransada Kral I Fransisk bu konsepsiyanı rəsmi olaraq dəstəkləyərək dövlət xəzinəsini doldurmaq üçün lotereya oyunlarını tətbiq edib. 18-ci yüz illikdə Fransada "Lo Giuoco del Lotto D’Italia" adlı lotereya oyunu yayılaraq böyük rəqabət qazanıb. Fransızlar bu oyunu "Le Lotto" adlandırıblar.

Lotereyalar bu məqsədlə istifadə olunurmuş?! — FOTOAmerikaya çatan lotereya

Daha sonra loteteya oyunları Avropadan Amerikaya çatıb. Amerika koloniyalarında universitetlərin, kilsələrin və yolların tikintisi lotereyalardan qazanılan gəlir hesabına həyata keçirilib.

XIX-XX əsrlərdə isə lotereyalar əyləncə sektorunun bir hissəsi olaraq daha populyar hal alıb. Xüsusilə tirajlı lotereyalar texnoloji tərəqqi və şəffaf nizamlanma mexanizmləri sayəsində məşhurluq qazanıb. Bu oyunlar xüsusən Avropa və Amerikada ictimai rifaha maliyyə dəstəyi kimi vacib rol oynayıb.

Azərbaycanda isə tirajlı lotereyaların yaranması sovet dövrünə təsadüf edir. Keçmiş SSRİ-də isə 1921-ci ildən etibarən müxtəlif lotereyaların keçirilməsinə start verilib. O zamanlar "Sportloto" və "Sprint" lotereyaları kütləvi populyarlığı ilə diqqəti çəkib olub. Sovet idarəetməsi altında lotereya oyunları iqtisadiyyata dəstək olmaq, eyni zamanda mədəniyyət və idman sahələrinə maliyyə toplamaq üçün istifadə edilib. 1940-50-ci illərdə ölkə daxilində lotereya qazancı hesabına müdafiə fondlarına dəstək verilib.

Lotereyalar bu məqsədlə istifadə olunurmuş?! — FOTOAzərbaycanda lotereyanın tarixi

Lotereya oyunları Azərbaycanda ötən əsrin 90-cı illərindən geniş yayılmağa başlayıb. Bir anda məşhurlaşan "Loto" oyunu həvəskar formatda ailə və dost məclislərinin əsas əyləncəsinə çevrilən bu ənənə indiyədək qorunub saxlanılır. Pul və maşın hədiyyələrinin təqdim olunduğu müxtəlif lotereya oyunları isə əvvəllər özəl şirkətlər tərəfindən təşkil edilsə də, bu çox çəkməyib. 2001-ci ildə ölkə prezidentinin fərmanı ilə Azərbaycanda lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquq və mənafelərini qorumaq, lotereyaların keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılması məqsədi ilə "Azərlotereya" ASC yaradılıb.

Azərbaycanda tirajlı lotereya oyunlarına çoxçeşidli mükafat sistemləri və şəffaf idarəetmə mexanizmləri sayəsində hər zaman böyük maraq var. Bu oyunlar bütün dünyada olduğu kimi ölkəmizdə də xeyriyyə fondlarına maliyyə toplamaq üçün əsas vasitə kimi diqqətə layiqdir. Lotereyadan yığılan maliyyə hesabına bir çox sosial infrastruktur layihələri həyata keçirilir.

Ölkəmizdə 2002-ci ildə "Ailə sevinci", "Qismət açarı", "Yay sevinci", "Uğurlu rəqəm" və "Binqo+" tirajlı lotereyaları təsis edilib. İllər ərzində çox sayda yeni tirajlı lotereya oyunları təqdim olunub, müxtəlif cekpotlar qazanılıb. Amma Azərbaycan lotereya tarixinin ən böyük cekpotu 2023-cü ildə Xaçmazda udulub. 913 072 manat "4+4" tirajlı lotereyasında qazanılıb. İkinci dəfə də "4+4" tirajlı lotereyasında 530 359 manatlıq cekpot Saatlıda udulub. 2024-cü ildə isə Qazaxda "Meqa 5/36" lotereyasından 425 364 manatlıq cekpot sahibini sevindirib.

Lotereyalar bu məqsədlə istifadə olunurmuş?! — FOTOMüasir tirajlı lotereyalar

Hazırda "Meqa 5/36" oyununu "Beşdə 5" lotereyası əvəzləyib. Bu oyunda 36 rəqəm arasından sevdiyin 5 rəqəmi seçərək hər gün 50 000 manat böyük uduş qazanmaq şansı var. Həmçinin "4+4" tirajlı lotereyasında 500 000 manatdan çox cekpot məbləği şanslı qalibini gözləyir.

Yeri gəlmişkən, Azərbaycanda "Keno" oyunun da 2 növü təqdim edilir: Super Keno və Ekspres Keno. Hər iki oyunda böyük uduşun məbləği 1 000 000 manatdır.

Lotereyalar barədə daha ətraflı məlumat üçün https://www.azerlotereya.com/ rəsmi saytına daxil ola bilərsiniz. Kim bilir, bəlkə də, lotereya oyunlarında növbəti qaliblərdən biri də siz oldunuz, necə deyərlər, şansınızı sınamağa dəyər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1740   Tarix: 09 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr