Prezidentmizin daxili və xarici siyasətlə bağlı dediyi fikirlərə verilən reaksiyalardan da göründü ki, deyilən sözlər öz ünvanına çatıb

Prezidentmizin daxili və xarici siyasətlə bağlı dediyi fikirlərə verilən reaksiyalardan da göründü ki, deyilən sözlər öz ünvanına çatıb"Azərbaycan Prezidenti İlham Əliyev hər il olduğu kimi, 2025-ci ilin ilk iş günündə də ötən ilin təhlili və yeni ildə görüləcək işlərlə bağlı fikirlərini xalqımızla bölüşdü. Prezidentmizin həm daxili, həm də xarici siyasətlə bağlı dediyi fikirlərə verilən reaksiyalardan da göründü ki, deyilən sözlər öz ünvanına çatıb. İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibəsində demək olar ki, bütün sahələrə toxundu, ötən ildə görülmüş işlərin təhlilini verdi, uğurlarımızdan danışdı və iqtisadiyyatımızda mövcud dinamizmi xüsusi vurğuladı. Ötən ildə Azərbaycan çox böyük uğurlara imza atıb, mühüm nailiyyətlər əldə edilib. O cümlədən öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ölkə kimi digər sahələrdə qazanılan uğurları ilə də insanlarını sevindirir. Bu uğurların kökündə, qayəsində, əlbəttə, xalq-iqtidar birliyi, inam və sədaqət dayanır".

Bunu Sonxeber.az-a açıqlamasında SƏS Media Qrupun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Siyasi ekspert qeyd edib ki, Azərbaycan Prezidenti artıq ənənəyə çevrilən müsahibəsində jurnalistlərin ötən il ölkəmizdə iqtisadi, sosial sahələrdə görülən işlərə, Ermənistanla münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici və daxili siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb: "Beynəlxalq hesabatlarda da Azərbaycanda aparılan islahatlar, iqdisadi sahədə əldə edilən uğurlar, işğaldan azad edilmiş ərazilərdə çox böyük sürətlə aparılan yenidənqurma işləri, xarici investisiyaların cəlb edilməsi diqqətlə təhlil edilib. Regional siyasətdə Azərbaycanın yeri və rolu, qonşu ölkələrlə dinc yanaşı yaşamaq üçün ölkəmizin həyata keçirdiyi tədbirlərdən danışan Prezident etibarlı tərəfdaş kimi qazandığımız uğurları önə çəkib. Qeyd edilib ki, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşaması üçün yeni-yeni islahatlar həyata keçirilir. İqtisadi imkanlar artdıqca sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərilir. Qarabağın və Şərqi Zəngəzurun bərpasının bu il də ən vacib prioritetlərdən olacağını qeyd edən dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizdə son üç ildə 10 yaşayış məntəqəsinə keçmiş köçkünlərin qayıtdığını, on mindən çox köçkün artıq evlərlə təmin edildiyini, 30 minə yaxın insanın artıq həmin ərazilərdə yaşadığını bildirib. Bu müddət ərzində əsas infrastruktur layihələri həyata keçirilib, 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilib, 30-dan çox su elektrik stansiyasını işə salınıb, dəmir yolları çəkilib. Xarici siyasətdə əldə edilən uğurlarımız da az deyil. Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin dünya miqyasında nüfuzunu bir daha göstərdi. "Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir", bunu Prezident İlham Əliyev deyib. Əlavə edib ki, əlbəttə, bunun təməlində düşünülmüş siyasət dayanır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1187   Tarix: 09 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Astarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı

Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru

4 noyabr
.

Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH

Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl

3 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Black Friday tələsi: Endirim adı ilə alıcıların cibinə girirlər? - İQTİSADÇIDAN AÇIQLAMA

Black Friday kampaniyaları zamanı mağazalarda böyük endirim elanları alıcıların diqqətini cəlb etsə də, təqdim olunan güzəştlərin nə dərəcədə real olması suallar yaradır. Bəzi hallarda məhsulların qiymətinin əvvəlcədən artırıldığı, daha sonra isə həmin qiymət üzərindən yüksək endirim tətbiq edildiy

4 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr