"AAAF Park"dan dövlət atributları güşəsi söküldü: Sakinlərin hüquqları pozulur, dövlət qurumları isə susur – Video
Abşeron rayonu, Xırdalan şəhəri, "AAAF Park" yaşayış kompleksi yenə narazılıqlarla gündəmdədir.
Qeyd edək ki, ötən ilin sentyabrında tanınmış jurnalist Tural Museyibov "AAAF Park"da Ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşənin və onun yanında dövlət atributlarının təsvir olunduğu kompleksin söküntüsü ilə bağlı paylaşım etmişdi.
Sökülən kompleksin yerində nə inşa olunacağı ilə bağlı suallar ünvanlandıqdan sonra şirkət tərəfindən sözügedən guşənin yenilənəcəyi barədə məlumat paylaşılmışdı.
Lakin əldə etdiyimiz məlumata görə, həmin ərazidə söküntü işləri daha da genişlənirilib və mənzərə onu deməyə əsas verir ki, şirkət tərəfindən yeni tikinti layihəsi üçün məhz dövlət atributları ilə Ümummilli liderin fotosunun olduğu yer seçilib.
Vətəndaşlar da mövcud durumdan şikayətçidirlər. Sakinlərin sözlərinə görə, aparılan tikinti işləri binalara yaxındır və bu onların gündəlik yaşayışına mənfi təsir edir.
Maraqlıdır ki, yaşayış kompleksinin layihəsində həmin ərazidə başqa tikilinin yer alması nəzərdə tutulmayıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin də aparılan tikinti işlərindən xəbərsiz olduğu və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları ilə razılaşdırılmadığı vurğulanr.
Həmin ərazinin sakinlərin parklanma yeri olduğu da qeyd olunmaqdadır. Kompleksdə yaşayan vətəndaşlar artıq 5 aydır, mövcud vəziyyət ucbatından avtomobillərini park etməklə bağlı çətinliklər yaşayırlar.
Bununla yanaşı, AAAF binalarında liftlərin olmadığı, lift şaxtalarının təhlükəli vəziyyətdə – açıq olduğunu qeyd edən sakinlər buna görə övladlarının təkbaşına çölə çıxmağa icazə vermədiklərini vurğulayıblar. Liftlərin işləməməsi və şaxtaların təhlükəli vəziyyətdə olması ilə bağlı şirkətə şikayət ünvanlayan sakinlər heç bir şikayətə münasibət bildirilmədiyini də əlavə ediblər.
Qısacası, "Mülk Allahındır" şüarı ilə bir aralar məşhur olan şirkətdən mənzil alanların yeganə çıxış yolları Allaha qalıb. Çünki ərazidə gördüyü ən kiçik ərazilərdə belə nəsə tikən, ən son Heydər Əliyev guşəsinin ərazisində belə obyekt tikən AAAF rəhbərliyinə Xırdalanda "gözün üstə qaşın var" deyən yoxdur.
Minlərlə sakinin AAAF Park binalarında yaşadıqları N sayda problem azmış kimi park yerlərinin işğal olması da əhalinin səbrini daşırmaqdadır.
Mövzuya qayıdacağıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2071 Tarix: 10 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabr