Azərbaycan vətəndaşını zorla döyüşə apardılar, əsir düşdü
Azərbaycan vətəndaşı Ağamir Əzimov Rusiyada miqrantlara qarşı əməliyyat zamanı saxlanılıb və məcburi qaydada Ukrayna müharibəsinə göndərilib. Bu yaxınlarda isə əsir düşüb.
Sonxeber.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Ağamir Əzimovun anası Sevinc Hüseynova deyib.
Ananın sözlərinə görə, 8 aya yaxındır oğlu ilə bağlı hər hansı məlumat əldə edə bilmir:
"Oğlum Ağamir Rauf oğlu Əzimov 10 may 1993-cü il təvəllüdlüdür, Azərbaycan vətəndaşıdır, evlidir, yeni dünyaya gəlmiş övladı var. O, ailəsi ilə bilikdə bir ilə yaxın idi ki, Moskvada yaşayırdı.
20 may 2024-cü ildə oğlum mənimlə telefonla əlaqə zamanı bildirdi ki, Rusiya ərazisində yaşamasının qanuni əsaslarının yoxlanılması səbəbi ilə saxlanılaraq, Miqrasiya İdarəsinə aparılıb. Orada psixi və fiziki zorakılığa məruz qalıb. Ardınca Ukraynada keçirilən hərbi əməliyyatlarda iştirak üçün aparılacağı bildirilib, Müdafiə Nazirliyinin tabeliyində olan Hərbi xidmətə qəbul üçün vahid mərkəzdə iradəsi ziddinə 423 nömrəli müqavilə bağlamağa məcbur edilib və hərbi əməliyyatlarda iştirak üçün göndərilib.
Oğlumun vəziyyəti pisdir, o, hazırda Ukraynanın Silahlı Qüvvələri tərəfindən əsir alınıb".
S.Hüseynova qeyd edib ki, məsələ ilə bağlı müraciət etmədiyi yer qalmayıb:
"Aylardır oğlumun olduğu yerin müəyyən edilməsi və ölkəmizə qaytarılması ilə bağlı zəruri tədbirlər görülməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə, Ombudsmana, Rusiya və Ukrayna arasında davam edən müharibə zamanı əsir düşmüş şəxslərin dəyişdirilməsini həyata keçirən Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliklərinə, Rusiya və Ukraynanın Azərbaycandakı səfirliklərinə, Rusiya və Ukrayna Qırmızı Xaç cəmiyyətlərinə, hər iki dövlətin insan hüquqları üzrə müvəkkillərinə dəfələrlə rəsmi qaydada müraciətlər etmişik, heç bir nəticə olmayıb".



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1963 Tarix: 10 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabrQonşuya kömək edərkən faciəvi şəkildə öldü
Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 14 radələrində rayonun Qulabənd kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Xankişiyev Elvin Muxtar oğlu qonşusunun evinin həyətyanı sahəsində salınmış xurma bağında sonuncuya kömə
4 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrBakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrƏhalinin gəlirləri 4 ildə bu qədər - Artacaq
Əhalinin növbəti ildə gəlirlərinin artım tempi 3.5 faiz artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanu
4 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr