Çindən gələn yeni virusun təhlükəsi barədə ekspert açıqlama verdi
"Metapnevmovirusu yeni adlandırmaq olmaz, çünki bu, patogen kəskin respirator virus infeksiyalarına (KRVİ) səbəb olan digər viruslar arasında həmişə mövcud olub".
Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı akademik Vitali Zverev bəyan edib.
"Bu virus bütün KRVİ arasında bəzi qiymətləndirmələrə görə 0.1%, digərlərinə görə 1% təşkil edir, lakin o həmişə olub, var və olacaq", - deyə ekspert qeyd edib.
Akademikin sözlərinə görə, metapnevmovirus əsasən bir yaşdan kiçik uşaqlar üçün təhlükəlidir, çünki onlarda pnevmoniya ilə müşayiət oluna bilər.
"Xroniki xəstəliklərdən əziyyət çəkən yaşlı insanlarda da xəstəlik ağır keçir", - deyə mütəxəssis əlavə edib.
Zverev qeyd edib ki, yeni virusa qarşı simptomatik müalicədən başqa vasitə yoxdur.
Xatırladaq ki, COVID-19 pandemiyasından beş il sonra Çində yeni xəstəlik epidemiyası - insan metapnevmovirusu (HMPV) baş qaldırıb. Bu xəstəlik zəifləmiş pasiyentlərdə pnevmoniyaya çevrilə bilir. Çindən başqa artıq Qazaxıstan da yoluxma halları barədə məlumat verib - orada 30 xəstə aşkar edilib.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1233 Tarix: 10 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd
14 sentyabrİnfarkt zamanı nə etməli? - Professor vacib məqamları açıqladı
Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm səbəbləri arasında 13 faizlə ilk sırada yer alır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər il 9 milyon insan işemik ürək xəstəlikləri səbəbilə həyatını itirir və bu göstərici gündən-günə artır. Qaynarinfo xəbər verir ki, ürək v
2 sentyabrPortağal şirəsinin psixi sağlamlıq üçün gözlənilməz faydası tapıldı
Portağal şirəsi dietologiyada mübahisəli mövzulardan biridir. Bəziləri onun tərkibində çoxlu şəkər olduğunu və buna görə "faydalı" hesab edilə bilməyəcəyini düşünür. Digərləri isə onun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcək vacib vitamin və qida maddələri ehtiva etdiyini vurğulayır
15 sentyabrÜzdəki ləkələr infarkt və insult riskindən xəbər verə bilər
Göz ətrafında yaranan sarımtıl və şişkin ləkələr ürək-damar xəstəlikləri riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, "Atherosclerosis" jurnalında dərc olunan araşdırmada bu əlamətin ksantelazma adlandığı və infarkt, insult, eləcə də keçici işemik tutma riski ilə əlaqəli olduğu müəyyənləşdirilib
8 sentyabrÖvladına vitamin verən valideynlərin NƏZƏRİNƏ - XƏBƏRDARLIQ
Uşaqlara vitamin və qida əlavələrinin bir neçə növünü eyni vaxtda vermək onların tərkibində eyni vitamin və mineralların təkrar olmasına və nəticədə gündəlik qəbulun normadan artıqlaşmasına səbəb ola bilər. Xüsusilə A vitamini və dəmir kimi maddələrin yüksək dozada qəbulu sağlamlıq üçün ciddi risklə
9 sentyabrMədə şişkinliyinə qarşı bunları edin
Şişkinlik, həzmsizlik və mədə ağrıları qeyri-sağlam qidalanmanın ən mühüm əlamətləridir. Mütəxəssislər şişkinlik və həzmsizlik zamanı bəzi qidaların dərhal istehlak edilməsi lazım olduğunu bildirirlər. Bu qidalar şişkinliyi dərhal aradan qaldırır. Onu istehlak etdiyiniz andan işləyir və həzmi asanlaşdırır
29 avqustPeyvəndlər və antibiotiklərlə bağlı: Hansı hallarda zəruridir? - VİDEO
"Baku Med" verilişinin yeni buraxılışında uşaq sağlamlığı barədə müzakirə aparılıb. Peyvəndlər uşaqlar üçün niyə vacibdir?. Valideynlər niyə peyvəndlərdən imtina edir?. Antibiotiklər hansı hallarda zəruridir?. Uşaqlara sağlam qidalanma necə aşılanmalıdır?. Uşaqları mövsümi viruslardan nec
5 sentyabrSəhər və axşam yeməyinin vaxtı ömür uzunluğuna necə təsir edir?
İnsanın nə yediyi ilə yanaşı, qidanı hansı saatda qəbul etməsi də əhəmiyyətli ola bilər. Yeni araşdırma yemək vaxtının ömür uzunluğu ilə əlaqəli ola biləcəyini göstərib. Qaynarinfo xəbər verir ki, "European Journal of Clinical Nutrition" jurnalında dərc olunan araşdırmaya 40 yaşdan yuxarı 3
7 sentyabrXərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birgə hazırladığı eksperimental Intismeran vaksinindən gedir. Preparat yüksək riskl
13 sentyabr