"Ölkəmizdə sabitliyin qorunmasında və insanlarımızın təhlükəsizliyinin təmin olunmasında polislərin zəhməti böyükdür" - DEPUTAT

"Ölkəmizdə sabitliyin qorunmasında və insanlarımızın təhlükəsizliyinin təmin olunmasında polislərin zəhməti böyükdür" - DEPUTAT"İmişlidə baş verən yol-nəqliyyat hadisəsində həlak olanlara Allahdan rəhmət diləyir, xəsarət alanlara şəfa arzulayıram. Ailələrinə dərin hüznlə baş sağlığı verirəm. Mən də hamı kimi sosial şəbəkələr vasitəsilə izlədim. Cinayət işi açılıb. Tam əminəm ki, hadisə istintaq orqanları tərəfindən ətraflı araşdırılacaq və hər kəs törətdiyi qanun pozuntusuna uyğun olaraq hüquqi qiymətini alacaq".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, görünən odur ki, qarşı yoldan sola dönən mersedes markalı maşın yol polisinin xidməti maşınının qarşısına çıxır və ikinci idarəetməni itirir:

"Nəticədə, polis maşını yolun sağında hərəkət edən uşaqlara dəyir. Təbii, bu bir neçə ailənin faciəsidir. Əfsuslar olsun ki, elə bir gün yoxdur ki, ölkənin müxtəlif regionlarında, magistral yollarda müxtəlif yol-nəqliyyat hadisələri baş verməsin. Hər gün bu tipli məlumatları mətbuatdan oxuyuruq. Bəzi hallarda daha ağır fəsadlı faciələr, məsələn, bütöv bir ailənin məhv olunması ilə müşahidə olunan hadisələr baş verir. Yaxşı olar ki, belə hadisələr baş verməsin. Cəmiyyət varsa, cinayətlər də olacaq, bədbəxt hadisələr də. Bundan heç bir dövlət, heç bir fərd sığortalanmayıb. Bu yaxınlarda baş vermiş təyyarə qəzasında xəsarət alanlardan 15 sərnişin mənim təmsil olunduğum Balakən rayonundan idi. Onlardan 10-u həlak oldu. Dünyasını dəyişənlərdən 3 nəfər bir ailənin üzvü idi. Bir ailə üçün əsil faciədir. Neyləmək olar, bu həyatdı".

Deputat vurğulayıb ki, İmişli hadisəsində, ictimaiyyəti narahat edən, oraya toplaşmış insanların ifrat aqressivlikləridir:

"Hadisədə dünyasını dəyişənlərin yaxınlarının daxili emosiyal vəziyyətlərini başa düşmək olar. Ancaq, yüzlərlə insanın hadisədən sui-istifadə etməklə, polis maşını aşırmaqları, hüquq-mühafizə orqanlarının nümayəndələrinə hücumları, ictimai-siyasi sabitliyin pozulmasına yönəlik aqressiv davranışları qəbul edilməzdir. Polis də bizimdir, bizim xalqın nümayəndələridir. Başqa ölkədən gətirilməyib. Azərbaycanda mövcud olan sabitlik, dünyanın bir çox ölkələrində yoxdur. Bu sabitliyin qorunmasında, insanlarımızın, ölkəyə gələn qonaqların gecəli-gündüzlü heç kimdən qorxmadan təhlükəsizliyinin təmin olunmasında polisin zəhməti, rolu son dərəcə böyükdür".

Videolarda, bilavasitə hadisəyə aidiyyəti olmayan, ancaq, öz məqsədləri üçün bəhrələnmək istəyən təxribatçıların fəaliyyəti hiss olunurdu. Elə olmasaydı, bir nəfər polis işçisinin törətdiyi hadisədə, ölkənin bütün polislərini günahlandırmazdılar. Ölkə qanunlarla idarə olunur. Hər kəs özünə cavabdehdir. Hər kəsə bəllidir ki, hadisə qəsdən törədilməyib, əvvəlcədən planlaşdırılmayıb. Tərəflər arasında düşmənçilik olmayıb. Sual olunur. İnsanların hissləri ilə oynamaqla, dağıdıcı hərəkətlər kimə lazımdır? Adətən, bu tipli etirazlar düşmənçilk zəminində baş verən kütləvi cinayətlərdən sonra qeydə alınır. Burada isə, təkrar edirəm, ehtiyatsızlıq və yaxud səhlənkarlıq nəticəsində cinayət baş verib və kimliyindən asılı olmayaraq cəzasını alacaq. Başqa yerə yozmaq, sabitliyi pozmaqla, məkrli məqsədlərini həyata keçirmək lazım deyil. Qızışdırıcı əməllərdən çəkinmək, əksinə, hadisədən zərər çəkmiş insanlara maddi və mənəvi dəstək olmaq, onların dərdinə şərik olmaq lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1416   Tarix: 19 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Birgə mülkiyyətdə olan evi digər sahiblərin razılığı olmadan satmaq mümkündürmü? - AÇIQLAMA

Bir neçə şəxsin mülkiyyətində olan daşınmaz əmlakın satılması zamanı mülkiyyətçilərin hüquq və razılıq məsələsi tez-tez mübahisələrə səbəb olur. Xüsusilə, paylı və birgə mülkiyyətdə olan ev və ya mənzilin digər sahiblərin razılığı olmadan satışa çıxarılması, yaxud mülkiyyətçilərdən birinin öz payın

4 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Uşağın doğulmasına görə müavinət - 900 manat artırılır

Uşağın anadan olmasına görə ödənilən müavinətin məbləğinin kəskin artımı proqnozlaşdırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlə

4 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

BMU-nun tələbəsi vəfat etdi

Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans

4 noyabr
.

Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - Detallar

Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan hərbçimizin yaxın vaxtlarda ata olduğu məlum olub. Ölkə.az-a istinadən xəbər verir ki, 24 yaşlı Səbuhi Ağazadə bir il əvvəl ailə qurubmuş. Onun ilk övladı isə bu yaxınlarda dünyaya gəlib. Məlumata görə, ailə əslən Laçın rayonunu

3 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr