20 Yanvar yaddaşlara Vətən sevgisinin izharı kimi həkk olundu – Məqalə

20 Yanvar yaddaşlara Vətən sevgisinin izharı kimi həkk olundu – Məqalə"Dağ çəkən dağlar..." - bu sərlövhə heç də təsadüfi seçilməyib. Məlum olduğu kimi, ən uca zirvə şəhidlik zirvəsidir və mənim fikrimcə, şəhidlər təkcə zirvə deyil, həm də dağdırlar, sözün hər iki mənasında dağ... Yəni, həm sağlığında güvəndiyimiz və şəhadətindən sonra gözümüzdə ucalan dağ, həm də sinəmizə çəkilən dağ... Sözsüz ki, biz hər bir şəhidimizə sağlığında söykəndiyimiz əzəmətli dağ kimi baxmışıq, şəhid olduqdan sonra isə onları ucalıq rəmzi olaraq dağ sanırıq və qürur duyuruq, ancaq onlar bizim vüqarlı dağımız olmaqla bərabər, həm də sinəmizə çəkilən dağdır. Bütün bunlara görə də, zənnimcə, onları dağ çəkən dağlar kimi də ifadə etmək olar...

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevin "Dağ çəkən dağlar..." sərlövhəli məqaləsində əksini tapıb. Həmin məqaləni təqdim edirik:

"Bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi, antiterror şəhidlərinin əziz və unudulmaz xatirəsini dərin ehtiramla yad edərək, Uca Tanrıdan onlara rəhmət diləyirəm. Allah qazilərimizə şəfa versin.

Vətən var olsun!

Bu gün Qanlı 20 Yanvar faciəsinin və eyni zamanda, millətin məğrurluğunun növbəti dəfə təsdiq olunduğu günün 35-ci ildönümüdür. Neçə belə illər, qərinələr və əsrlər keçsə də, millətimiz o dəhşətli və eyni zamanda, qürur dolu günü unutmayacaq. 1990-cı ilin 20 yanvar günü Azərbaycanın müasir tarixinə ən kədərli günlərdən biri, eyni zamanda, xalqımızda olan mətanətin, vətənpərvərliyin və qəhrəmanlığın ifadə olunduğu gün kimi daxil oldu və bununla da həmin tarix Vətən sevgisinin izharı kimi yaddaşlara həkk olundu. 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü olmaqla bərabər, ümummilli qürur günüdür. Həmin gün ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar davranışlarına və keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz mövqe tutaraq onlara havadarlıq etməklə məkrli siyasəti aşkar dəstəkləməsinə, eləcə də dövlətimizin o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə hiddətlənərək, buna etiraz əlaməti olaraq, Bakının küçə və meydanlarına çıxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun hərbi hissələri yeridilərək qanunlar və beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla dinc əhaliyə divan tutuldu, xeyli insan həyatdan məhrum edildi, bir neçə nəfər itkin düşdü və çoxsaylı şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildi. Bununla da Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən dəhşətli cinayətə imza atdı. Suveren, müstəqil və demokratik bir dövlət yaratmaq məqsədilə ayağa qalxmış xalqın əzmini sındırmaq, milli qürurunu qırmaq, eləcə də azadlıq hərəkatını boğmaq üçün törədilən bu çirkin əməllər, silahlanmış hərbçilərin üzərinə əliyalın gedən vətənpərvər insanları azadlıq uğrunda mübarizədən daşındıra, qəhrəmanların iradəsini sarsıda bilmədi. Xalq həmin gün üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməklə özünün kimliyini növbəti dəfə əyani şəkildə sübut etdi. Dövlətin suverenliyini, xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları ali amallar uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucaldılar və bununla da millətin haqq səsini bütün dünyaya daha ucadan bəyan etmiş oldular. Bu tarixi faciə millətimizi daha da sıx birləşdirdi, müstəqilliyimizi və firavan gələcəyimizi şərtləndirdi.

Vurğulanmalıdır ki, zamanında hərtərəfli araşdırılmayan və adekvat qiymət verilməyən qanlı faciəyə yalnız bir neçə ildən, məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra rəsmi münasibət bildirildi. Belə ki, ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin - günahsız Qanlı Yanvar qurbanlarının əziz xatirəsini uca tutan Ulu Öndərin təşəbbüsü ilə sözügedən faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında, həmçinin Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması da tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.

Minnətdarlıq hissi ilə qeyd olunmalıdır ki, məhz Ümummilli Lider Heydər Əliyevin Sərəncamına əsasən, Bakı şəhərinin ən hündür və mənzərəli yerində yerləşən Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə möhtəşəm "Əbədi məşəl" abidə-kompleksi ucaldılıb.

Böyük ehtiramla onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Şəhidlər xiyabanı rekonstruksiya olunmuş, o cümlədən "Əbədi məşəl" abidəsinin sütunları bir qədər də hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz və məsamələri müasir üslubda işlənib. Bundan başqa, dövlət başçısının təşəbbüsü ilə Bakı şəhərinin Yasamal rayonundakı "20 Yanvar" dairəsində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə abidə-kompleksi inşa edilib. Bütün bunlar müqəddəs insanların ruhuna dövlət səviyyəsində verilən dəyərin bariz nümunələridir.

Bu gün 20 Yanvar şəhidlərinin anım günü olduğundan, o barədə daha çox bəhs etsəm də, digər şəhidləri də yad etməyi, bütün şəhidlərimiz haqda söz açmağı, bu barədə danışmağı da müqəddəs borc, eyni zamanda, böyük şərəf hesab edirəm. Təbii ki, hər bir şəhidimizin əziz və unudulmaz xatirəsi dövlətimiz və xalqımız, o cümlədən mənim üçün eyni dərəcədə əzizdir. Tarix boyu Azərbaycan xalqı və dövləti yolunda şəhid olan Vətən övladları olmuşdur ki, onların da heç birini millətimiz və dövlətimiz unutmayacaq, daim dərin hörmətlə anacaqdır.

Fərəhləndirici və qürurverici haldır ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilib, onlar müxtəlif növ dövlət təminatı ilə təchiz olunublar. Bu diqqət və qayğının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin 31 mart 1998-ci il tarixli Fərmanı ilə 20 Yanvar faciəsi zamanı şəhid olanlara "20 Yanvar şəhidi" fəxri adı verildi, bundan sonra şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi və pensiya təminatı da mütəmadi olaraq gücləndirildi.

Hazırda bu ənənə ölkə rəhbəri tərəfindən uğurla davam etdirilir. Möhtərəm cənab Prezident İlham Əliyev deyib: "Mən bütün dövlət qurumlarına tapşırmışam ki, şəhid ailələrinin həyatında heç bir problem olmasın.". Təsadüfi deyil ki, dövlət başçısının 2018-ci il prezident seçkilərindən sonra imzaladığı ilk Fərman da şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olub. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun qorunması ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də şəhid ailələri üçün verilən Prezident təqaüdünün artırılması məqsədilə Prezidentin ard-arda bir neçə Fərman və Sərəncam imzalaması bu qəbildən olan insanlara göstərilən diqqət və qayğının bənzəri olmayan ən yüksək təzahürüdür. Dövlətimizin başçısının 2020-ci il 8 dekabr tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması bu istiqamətdə görülən işlərə, sözün əsl mənasında, çox böyük dəstək olub.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mütəmadi olaraq şəhid ailələri və müharibə əlilləri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillər təqdim etmələri bu qəbildən olan insanlara dövlət səviyyəsində yüksək diqqətin və göstərilən böyük qayğının təzahürüdür.

Sevindirici və iftixarlandırıcı haldır ki, şəhid ailələrinə, müharibə əlillərinə və Vətənin müdafiəsində iştirak edən digər şəxslərə mənəvi dəstək, onların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istər dövlətimizin, istərsə də xalqımızın daim diqqət mərkəzindədir. Bu müqəddəs missiyanın həyata keçirilməsində prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları da layiqincə iştirak edir. Belə ki, istər Baş prokuror Kamran Əliyevin, istərsə də Hərbi prokuror Xanlar Vəliyevin tapşırıq və tövsiyələri, eləcə də dəstəkləri əsasında bütün prokurorluq işçiləri, o cümlədən hərbi prokurorluq əməkdaşları bu zümrədən olan insanlara daim diqqət və qayğı göstərir, onlarla həm prokurorluqlarda, həm də kənarda görüşlər keçirir, hər bir müraciətlərinə isə xüsusi həssaslıqla yanaşır və həlli istiqamətində bütün zəruri tədbirlərin görülməsini təmin edirlər.

Bir daha Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa arzulayıram.

Vətən var olsun!!!".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 819   Tarix: 20 yanvar 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021